ABŞ mülki təyyarələrini Suriya üzərindən uçmağa qoymur

Şəklin mənbəyi, Reuters
ABŞ-ın mülki aviasiya agentliyi amerikan təyyarələrinin Suriyanın hava ərazisində uçmağı qadağan edib.
Agentliyin məlumatında deyilir ki, qadağaya səbəb təyyarələr üçün mövcud ola biləcək təhlükədir- Suriyadakı silahlı qruplar zenit silaha malikdir.
Bundan əvvəl, ABŞ-da yalnız Suriya hava ərazisində uçmamaq tövsiyyə edilirdi.
