"İslam Dövləti" silahlıları Suriyada Yaponiya vətəndaşını əsir alıb

Şəklin mənbəyi, REUTERS

Suriyada "İslam Dövləti" silahlıları Yaponiya vətəndaşının tutulmasına görə məsuliyyəti öz üzərinə götürüb, Kiodo agentliyi bildirir.

Bundan başqa, İnternetdə bir yaponun cihadçılar tərəfindən sorğu-sual edildiyi barədə görüntülər yerləşdirilib.

Yaponiyanın Daxili İşlər Nazirliyi bildirib ki, onlar Suriyada Yaponiyadan olan fotoqrafın əsir düşüb-düşmədiyini dəqiqləşdirməyə çalışır.

"İslam Dövləti"nin sünni radikalları hazırda Suriyanın şimalına və İraq ərazisinin yarısına nəzarət edir.