Iraq böhranı: Baş nazir Cameron Britaniya üçün İD təhlükəsinə dəqqəti çəkir

Cameron

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, David Cameron xəbərdarlıq edib ki, ID Britaniya üçün təhlükə kəsb edə bilər

İslam Dövləti (İD) yaraqlıları Britaniyada küçələrdə insanlara təhlükə yaratmağadək güclənə bilərlər, ölkənin baş naziri David Cameron xəbərdarlıq edib.

Baş nazir the Sunday Telegraph qəzetindəki məqaləsində vurğulayıb kı, İD təhlükəsinə “humanitar cavab” kifayət deyil və “sərt təhlükəsizlik tədbirlərinin” görülməsinə ehtiyac var.

David Cameronun bu xəbərdarlığı Kilsə rəhbərlərinin Britaniyanın islamçı ekstremizminə “ardıcıl” yanaşma nümayiş etdirmədiyini dilə gətirmələrindən sonraya təsadüf edib.

Yay ayları ərzində İD İraq və Suriyada geniş əraziləri nəzarət altına alıb.

ABŞ hərbi aviasiyası tərəfindən dəstəklənən Kürd qüvvələri hazırda İraqın şimalında Mosul su bəndinə nəzarət uğunda İD döyüşçülərilə mübarizə aparırlar.