Nikolayev iğtişaşlarında azı 10 nəfər ciddi xəsarət alıb

Şəklin mənbəyi, AFP
Ukraynanın cənubunda Nikolayev şəhərində iğtişaşlar zamanı ən azı 10 nəfər ciddi xəsarət alıb.
Rusiyameylli fəallar regional administrasiya binasına daxil olmağa uğursuz cəhd ediblər.
Bundan az sonra Maydan tərəfdarları onları sıxışdırıb və rusiyamelli fəallar tərəfindən qurulan çadır düşərgəsini dağıdıblar. İğtişaşlar zamanı etirazçılar səs bombasından istifadə ediblər.
Bir neçə şəxs travmatik silahdan açılan atəşdən ciddi yaralanıb. Bundan başqa iğtişaşların bir çox iştirakçıları əhəmiyyətsiz zədələr alıb.
