Moskvada iğtişaş: polis saxlanılanların ifadəsini alır

Moskvada iğtişaşdan sonrakə vəziyyət
Şəklin alt yazısı, Moskvada iğtişaşdan sonrakə vəziyyət

Moskvada Biryulyovo tərəvəz bazasında miqrant olduqları güman edilən 1200-dək adam polis tərəfindən saxlanılıb. Eləcə də xəbər verildiyinə görə, bazarda içində pul və silah saxlanılan avtomobil aşakar olunub.

Polis tərəfindən saxlanılanlar yaxında yerləşən DİN şöbələrinə yoxlamadan keçirmək üçün gətiriliblər. Yoxlamanın nəticəsindən asılı olaraq saxlanılmış şəxslərlə bağlı növbəti addımların atılmasına dair qərar qəbul onunacaq, BBC Rusçaya DİN mətbuat xidmətindən xəbər verilib.

Moskva iğtişaşlarında saxlanılanların 70 nəfəri inzibati işlər üzrə məhkəməyə çıxarılır.

İki ən aktiv iştirakçı isə 48 saat həbs cəzası alıb. Qalanlarının profilaktik söhbətdən sonra sərbəst buraxılacağı deyilib.

Moskva polisi paytaxtın cənubunda baş vermiş iğtişaşlardan sonra saxlanılanların ifadəsinin alınmasına başlayıb. Saxlanılanlar "Biryuza" ticarət mərkəzinin talan edilməsinə görə "xuliqanlıq" maddəsi ilə ittiham olunur.

Ötən bazar Moskvanın cənubunda kütləvi etnik aksiyalarda 380 nəfər saxlanılıb. Bazar günü səhərindən Biryulev rayonuna yığışan yüzlərlə etirazçının aksiyası polislə qarşıdurma ilə nəticələnib.

Etirazçıların tələbi cümə axşamı gecəsi Biryulevin şərqində sevgilisinin gözü qarşısında bıcaqlanmış 25 yaşlı Yeqor Şerbakovun qatil(lər)inin tapılmasıdır. Qız deyib ki, Şerbakova bir necə bıcaq zərbəsi endirən(lər) ya qafqazlı, ya da Mərkəzi Asiya kökənli ola bilər.

“İctimai asayişi pozanların saxlanılması zamanı 5 polis nəfəri xəsarət alıb. Onlardan dördünə hadisə yerində yardım göstərilsə də, biri, bölük komandiri ciddi yaralanıb”, RİA Novosti agentliyi Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin sözlərindən sitat gətirir.

Əvvəlcə 200 nəfərin saxlanılması barədə məlumat yayılıb, sonra daha yüz nəfərin Biryulev-Ticarət stansiyası yaxınlığında, başqa 80 nəfərin isə Bulatnikovski küçəsində saxlanıldığı bildirilib, beləliklə, saxlanılanların sayı 380 olub.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Rusiya Federasiyasındakı nümayəndəsi, polis polkovniki Eldar Səmədov APA-ya bildirib ki, iğtişaşlarda Azərbaycan vətəndaşlarının "xəsarət almayıb”.

“Ticarət Mərkəzində və meyvə-tərəvəz bazasına hücumlar zamanı döyülənlər Orta Asiyadan olanlardır. Azərbaycanlıların xəsarət alması ilə bağlı heç bir məlumat yoxdur”.

Paytaxt polis şöbəsi bildirib ki, Biryulev hadisələrinə görə, bütün Moskva polisi ayağa qaldırılıb.

Dinc aksiyadan iğtişaşa doğru

Bazar səhəri Biryulev sakinləri polis nümayəndələri ilə görüşərək Şerbakovun qatillərini tapmaq üçün kömək təklif edib. Bundan sonra, toplaşma təyin edilib.

Dinc toplaşma sonradan iğtişaşa çevrilib, bir necə gənc “Biryuza” ticarət mərkəzinin vitrin şüşələrini sındırıb və içəriyə tüstü bombaları atıb. Ticarət mərkəzinin şüşə qapıları və bir neçə vitrin sındırılıb.

“Şükür, onları içəriyə qoymadılar”, keşikçilərdən biri BBC Rusca Xidmətinə deyib.

Axşam saat 7 radələrində bəzi şahidlərə görə, sayı iki min yarıma çatan yüzlərlə etirazçı Pokrov tərəvəz bazasına tərəf gedib. Yerli sakinlər deyir ki, bu bazanı cənubdan gələnlər idarə edir.

Lakin onlar çevik polis qüvvələrinin kütləni dağıtması səbəbilə baza ərazisinə daxil ola bilməyib. Etirazçılar polisə şüşə və zibil qutularını atmağa başlayıb. Polislərdən altısı yaralanıb, ikisi xəstəxanaya aparılıb.

Məhz burada, Stupinski keçidində iki yüz nəfər tutulub. Polis həm də, keçiddən hadisə ərazisinə gedən bütün küçələri bağlayıb.

Yeni toplaşma

Sosial şəbəkələrdə yayılmış məlumatlara görə, axşam 10-nun yarısı üçün “Biryuza” Ticarət Mərkəzinin yanında yeni “toplaşma” elanı verilib və yenidən yüzlərlə insan yığışıb.

Bir qədər vaxtdan sonra bir qrup gənc Mərkəzin qarşısını Bulatnikov küçəsindən bağlayıb və şüar səsləndirib.

“Rusiya- ruslar üçün, Moskva- moskvalılar üçün”, şüarı səslənib.

Bu zaman isə “Biryuza”nı çevik polis qüvvələrinin bir bölüyü əhatəyə alıb. Polis qüvvələri etirazçılarla qarşıdurmaya gedib və kütləni dağıdıb.

“Rusiya- ruslar üçün, Moskva- moskvalılar üçün”, səsləndirilən şüarlardan biri.
Şəklin alt yazısı, “Rusiya- ruslar üçün, Moskva- moskvalılar üçün”, səsləndirilən şüarlardan biri.

Bütün cinahlardan polisin üzərinə şüşə atılsa da, polis kütlənin say çoxluğuna görə etirazçıları dağıtmağa və həbs etməyə risk etməyib.

Çox tezliklə “Biryuza” polis və xüsusi təyinaltı dəstələrlə dolu 15 avtobus və yük avtomobilləri aksiya iştirakçılarını, öncəliklə, gəncləri bir-birinin ardınca saxlamağa başlayıb. Müqavimət göstərənlərin bəzilərini xüsusi təyinatlılar həm "dubinka", həm də ayaqla döyüb.

“Siz niyə rusları tutursunuz? Bizi qoruya bilmirsiniz, imkan verin özümüz özümüzü müdafiə edək!”, saxlanılmayanların bəziləri xüsusi təyinatlılara xitabən deyib.

İdman geyimli gənclər zaman-zaman “Rusiya-ruslar üçün, Moskva-moskvalılar üçün” şüarının davamında söyüş səsləndirib. Şüar səsləndirənləri yerindəcə həbs ediblər, polis bir çoxlarının ardınca düşərək “Biryuza"dan uzaq həyətlərdə tutub.

Bir dəfə sadəcə “Rusiya, Rusiya” şüarı səsləndirən bir qrup gəncə xüsusi təyinatlılar hücum edib.

"Yetişmiş problem"

Gecə saat 12-ə iştirakçıların sıraları seyrəlib və yerdə qalan onlarla insanı isə xüsusi təyinatlı dəstələr toplanan yerdən uzaqlaşdırdılar.

"Baxın Kolokoltsev (moskva polisinin keçmiş rəhbəri, indi Rusiya daxili işlər nazirliyinin rəhbəri-bbcrussian.com) deyir ki, bizi bura təxribatçılar çıxardıb. Amma bu yalandır! Bu problem “yetişib”", gənc olmayan Aleksey narazılıq edib.

O, problemin cənubdan köçən qonşuları ilə əlaqəli olduğunu hesab edir, onlar qızlara yola vermirlər, narkotik satırlar (bununla biryulevlilər meyvə-tərəvəz bazasının park yerini nəzərdə tuturlar), polis və yerli icra hakimiyyəti ilə isə ödəşirlər.

“Korrupsiya, başdan ayağa korrupsiya”, kameralar qarşısında fikir mübadiləsi aparan biryulevlilər bu qərara gəlib.

Bununla belə, toplantı yerində olan iştirakçılardan bəziləri qeyd edib ki, iddiaları əsasən Şimali Qafqaz Respublikalarından çıxanlara, Rusiya vətəndaşlarına aiddir, daha Mərkəzi Asiyadan gələn əmək miqrantlarına deyil.

Yerli hüquq-mühafizə orqanları jurnalistlərə bildirib ki, ictimai asayişin pozulması ilə əlaqədar olaraq cinayət işi açılıb.

Paytaxtın cənubunda polis idarəsinin rəisi vəzifəsini icra edən Aleksand Polovinski “Rossia-1” telekanalının efirində öldürülən Yeqor Şerbanovun qatillərini tapmaq üçün polisin maksimum səylər göstərdiyini bəyan edib.

"Üç günə qətlin üstünü açmaq qatil az izlər qoyduğu halda çox çətindir və bizim əlimizdə, ilkin olaraq, müşahidə kameralarının yazısından başqa heç nə yoxdur. Biz bu videyazını bütün kütləvi informasiya vasitələrinə paylamışıq və hesab edirəm ki, bu qətlin açılması üçün maksimum səylər göstəririk”, Polovinko deyib.

Moskva meri Sergey Sabyanin Biryulevda bazar günü görünməyib.

Daxili işlər naziri Vladimir Kolokoltsev Moskva cənub inzibati dairəsinə özünün birinci müavini Aleksandr Qorolovu göndərib.

Onun özü deyib ki, öncə bütün Moskva tərəvəz-bazasında asayişi təmin etmək lazımdır, belə ki, bazalar “həmişə gərginliyin mənbəyi” olub. Digər “gərginlik ocaqları” haqda nazir heç nə bildirməyib.