Suriyada Qırmızı Xaç komitəsinin işçiləri oğurlanıb.

Beynəlxalq Qırmızı Xaç komitəsinin (İCRC ) sözçüsü Ewan Watson Reuters agentliyinə İCRC-in 6 üzvünün və onları müşayiət edən Suriya Ərəb Qırmızı Xaç təşkilatının 1 könüllü üzvünün Suriyanın şümal-şərqində, İdlib məntəqəsi yaxınlığında oğurlandığını təsdiqləyib.
O, bildirib ki, yaraqlılar İCRC əməkdaşlarının yolunu kəsərək və onları müşayiət edən keşikçilərə atəş açaraq İCRC əməkdaşlarını naməlum istiqamətfdə aparıblar.
İCRC tutulan şəxslərin dərhal və şərtsiz azad olunmasına çağırıb.
İCRC rəsmisi oğurlanan əməkdaşların vətəndaşlığı, şəxsiyyəti, cinsi məsləsinə aydınlıq gətirməyi lazım bilməyib.
Hadisə Suriyada bazar günü baş verib.
