ABŞ Rusiyanın qərarından "məyusdur"

Snowdenin bir illik sığınacaq almasını təsdiqləyən sənəd.
Şəklin alt yazısı, Snowdenin bir illik sığınacaq almasını təsdiqləyən sənəd.

ABŞ Rusiyanın sabiq xüsusi xidmət orqanının nümayəndəsi Edward Snowdenə sığınacaq verməsi qərarından “çox məyus” olub, Ağ Evin mətbuat katibi Jay Carney deyib.

Bu sözlər Ağ Evin G20 Sammitinin Sankt-Peterburqda baş tutacaq sentyabr görüşündən öncə ikitərəfli görüşlər keçirməsini sual altına salıb.

ABŞ PRISM izləmə proqramı barədə məxfi məlumatları yayan Snowdenin esktradisiyasına çalışacaq.

Cümə axşamı Edward Snowden Moksvanın “Şeremetyevo” aeroportunu tərk edib və müvəqqəti evinə gedib.

Mərkəzi Kəşfiyyat İdarəsini cihazlarla təmin edən şirkətin sabiq işçisi Rusiya ərazisində bir il ərzində yaşaya bilər.

Onun vəkili Anatoli Kuçerana bildirib ki, təhlükəsizliyi qorumaq üçün informasiya ötürənin harada yaşaması barədə məlumatlar gizli qalacaq.

Rus-amerikan danışıqlarına təsiri

Obama Administrasiyası diplomatları isə bu xəbərə birbaşa cavab verib ki, “hadisələr rus-amerikan danışıqlarının pozitiv inkişafına xidmət etmir”.

“Biz rus hökümətinin bizim dəqiq və hüquqi rəsmi müraciətlərimiz və təkbətək görüşlərdə Snoüdenin ABŞ-a qaytarılması barədə xahişlərimizə məhəl qoymamaq qərarından çox məyusuq”, Jay Carney bildirib.

Onun sözlərinə görə, Rusiya bu qərarı barədə ABŞ-ı məlumatlandırmayıb.

ABŞ-ın Rusiyaya hər hansı bir cavab addımından söz açmayan sözçü deyib ki, payızda Obama- Putin görüşü barədə yenidən qərar verilə bilər.

Lakin o, həmçinin iki ölkə arasında münasibətlərin çoxşaxəli olduğunu xatırladıb və bildirib ki, ABŞ "qaçmış xəbərçi”yə görə risk etməyəcək.

Sığınacaq almış Snowden isə Rusiyaya təşəkkür bildirib, amerikan hökümətini isə beynəlxalq hüquqa “hörmətsizlik”də ittiham edib.

Snowden 22 iyundan bəri "Şeremeteva" aeroportunun tranzit zonasında idi. Honkonq reysi ilə Moskvaya gələn Snowden avqustun 1-ə qədər hüquqi baxımdan Rusiya sərhəddini keçməyib.

Rusiyadan sığınacaq almaq barədə istəyini isə, o, 12 iyulda vəkilinə deyib.

“Qanuni axtarışım bitənə qədər Latın Amerikasının bəzi ölkələrinə sərbəst gedişimə zəmanət verilməsinə və Rusiyadan sığınacaq almaqda mənə kömək edin”.

Snowden Venesuela, Boliviya, Nikaraqua və ya Ekvadora getmək istəyir.

Bu ölkələr də ona mühacir kimi qəbul etməyə hazır olduqlarını desə də, ABŞ Snowden siyasi qaçqın statusu verən ölkəyə sanksiyalar tətbiq edəcəyini bildirib.