Rusiyada müvəqqəti mühacirlik statusu alan Snowden aeroportu tərk edib

ABŞ-ın kəşfiyyat sirlərini dünya mətbuatına ötürmüş Edward Snowden müvəqqəti mühacir statusuna aid sənədləri aldıqdan sonra Moskva aeroportunu tərk edib.
Edward Snowden bu ilin iyun ayında Honq Konqdan Moskvanın Şeremetyevo aeroportuna gələndən bəri aerpotun tranzit zonasında qalıb.
O, Seremetyevo aerportunu tərk edərək Rusiya torpağına ayaq basıb. Jurnalistlər onun aerportdan necə çıxdığını izləyə bilməyiblər.
Məlumatlara görə Snowden aerportdan Moskva vaxtı ilə saat 14.00-də şıxıb.
Snowden-in vəkili, Rusiyalı hüquqşünas Anatoli Kuçerena "onun gizli şəkildə hərəkət etməsi təbiidir, çünki Snowden hazırda yer üzündə ən intensiv axtarılan şəxdir".
"Onun necə və hara gedəcəyini o, özü həll edir", Kuçerena deyib.
Bu arada Snowden-ə himayə göstərən Wikileaks saytı ona Rusiya tərəfindən mühacir statusunun 1 illik müddətinə verildiyini bildirirb.
ABŞ Snowden-i qlobal elektron izləmə prioqramı barədə məxvi məlumatları açıqlamaqda ittiham edir.
Moskvada BBC müxbirinin sözlərinə görə, Rusiyanın Snowden-ə müvəqqəti mühacirlik statusu vermək qərarı 2 ölkə arasında münasibətləri daha da gərginləşdirə bilər.




