Kerry: Snowden əhvalatı Rusiya və Çin ilə münasibətlər üçün təsirsiz ötüşməyəcək

ABŞ Dövlət Katibi John Kerry-nin təbirincə, Rusiya və Çinin Edward Snowden-ə ABŞ-ın onu Hong Kongdan ekstradisiya etməsi cəhdlərindən qurtulmağa kömək etdikləri xəbəri təsdiqlənərsə, bu "məyusedici" olardı
Hindistana səfəri çərçivəsində danışan John Kerry deyib ki, Çin və Rusiya belə hərəkətin fəsadalarını hiss edəcək.
C-b Snowden Hong Kong-dan Moskvaya bazar günü uçub.
Güman edildiyinə görə, o, Moskvadan Kubaya uçmalı idi, lakin Ekvadorun Xarici İşlər naziri Ricardo Patino, Snowden-in hələ də Rusiyada olduğuna işarə vurub.
Vyetnama səfərii çərçibəsində danışan Ekvadorun Xarici İşlər Naziri isə deyib ki, Ekvador Rusiya ilə bu məsələylə bağlı diplomatik kanalar vasitəsilə əlaqə saxlamaqdadır, odurkı Rusiya höküməti “yaranmış vəziyyətə uyğun olaraq qanun, siyasət və beynəlxalq qanunvericiliyə əsaslanan qərar qəbul edə bilər”.
Lakin c-b Snowden-in hazırkı yerilə bağlı suala nazir cavab verməkdən yayındı.
Ricardo Patino Ekvador hökümətinin c-b Snowden-in siyasi sığınacaq barədə xahişinə baxdığını təsdiqləyib.
Ekvador XİN rəhbəri qaçaq düşmüş İT mütəxəssisin prezident Rafael Correa-nın ünvanına göndərilmiş məktubunu oxuayub.

Məktubda Snowden “ABŞ və onun agentləri tərəfindən təqib olunmaq təhlükəsi altında” olduğunu yazır.
C-b Snowden-in xaişinə baxmaq qərarını müdafiə edərkən, Ricardo Patino deyib ki, onun ölkəsi insan haqlarını “istənilən təzyiq və müzakirə ediləcək maraqlardan uca tutur”.
'Effekt və təsir'
C-b Snowden ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi (MTA) üçün İT kontraktoru kimi işləyərkən ABŞ hökümətin dünay boyu telefon zəngləri və internet fəaliyyətinin gizli izlənməsi proqramının detalları barədə mətbuata məlumat ötürdüyünə görə axtarışa verilib.
30-yaşlı mütəxəssis ABŞ-da hökümət mülkiyyətini oğurlamaqda, milli müdafiəyə aid məlumatın icazəsiz və kommunikasiyaların izlənməsi məlumatların bilərəkdən sızdırılmasında ittiham olunub.
Hong Kong rəsmilərinə görə, Snowden ərazini öz istəyilə və könüllü olaraq tərk edib, ABŞ-ın təqdim etdiyi ekstradisiya sənədlərində isə çatışmazlıq olduöundan onun ölkəni tərk etməsini əngəlləməyə qanuni səbəb olmayıb.
Lakin onun Hong Kong vəkili Albert Ho, BBC-ə bildirib ki, həftəsonu aradan çıxmağı Snowden-ə hökümət rəsmisi deyib. C-b Ho inandığını bildirib ki, həmin rəsmi Pekinin göstərişi əsasında hərəkət edib.
Hindistanda səfərdə olan ABŞ Dövlət katibi John Kerry jurnalistlərə deyib ki, “əgər ona bilərəkdən təyyarəyə minməyə imkan yaradılıbsa bu məyuisedicidir”.
“Şübhəsiz, ikitərəfli münasibətlərə bunun təsiri olacaq”, Kerry deyib.
Hazırda c-b Snowden-in harada olması barədə dəqiq məlumat yoxdur, güman edildiyinə görə ötən gecəni o, Şeremetyevo aeroportunda keçirirb.

ABŞ onun passportunu ləğv edib, və istəyir ki, Rusiya onu, o, Moskvanı tərk edənədək ekstradisiya etsin.
C-b Kerry Moskvaya ünvanlanaraq deyib kı, “qnunları gözləmək hər bir tərəfin maraqlarındadır”.
"Son 2 ay ərzində biz Rusiyaya onun tərəfindən istənilmiş 7 məhbusu təhvil vermişik, ona görə mən düşünürəm ki, qarşılıqlıq və qanunun aliliyi kifayət qədər mühüm məsələlədiur”, John Kerry deyib.
Xəbərlərə əsasən, Snowden-in Ekvadora yollanmaqdan əvvəl Kuba paytaxtı Havanaya uçacağı güman edilir.
Şeremetyevodan Havanaya ilk reys Moskva vaxtı ilə saat 14:05-də nəzərdə tutulub, lakin h’min təyyarədə uçan olan jurnalistlər Snowden-in təyyarədə olamdğını bildirirblər.
'Uzun yalan silsiləsi'
Wikileaks təsisçisi Julian Assange haqqında Ekvador artıq siyasi sığınacaq verilməsi qərarını çıxarıb.Ötən ili Julian Assange Ekvadorun Londondakı səfirliyində keçirib.
Wikileaks və Julian Assange hazırda Snowden-ə dəstək verməkdədir, və bildirilir ki, Snowden hazırda “təhlükəsiz yerdədir və Ekvadora təhlükəsiz marşrutla siaysi sığınacaq almaq məqsədilə diplomatlar və Wikileaks-in hüquqşünaslarının müşayətilə yollanır".
ABŞ və Ekvador arasında qarşılıqlı ekstardisiya müqaviləsi olsada belə, bu saziş siasi səciyyəli cinayət ya qanun pozuntularına şamil edilmir.
C-b Snowden, onun MTA-da fəaliyyətinin detalları, ABŞ-ın məxvi izləmə taktikası barədə məlumat mediaya sızandan və Guardian ilə Washington Post qəzetləri bu barədə məlumat yayandan sonra Hawai ştatındakı evini tərk edib.
Onun açıqlamarı Prism adlanan MTA proqramı çərçivəsində sistemli olaraq ABŞ xəfiyyə strukturları tərəfindən böyük həcmdə telefon və internet bağlantıları barədə məlumatın toplandığını aşkar edib.

Bundan əvvəl Snowden bildirmişdir ki, ABŞ Konqressində yüksək rütbəli rəsmiələrin "uzun silsilə yalanlarından sonra" o, danışmaq qərarına gəlib.
Ona qarşı irəli sürülmüş ittihamlardan hər birinə görə ona ən azı 10 illik həbs cəzası düşür.
Vaşinqtondakı BBC müxbirinin təbirincə, nə qədər ki o yeni sirlərin üstünü açmayıb, Obama administrarsiyası onu ələ keçirməyə çalışır.
ABŞ rəsmiləri bütün dünya üzrə gizli qaydada fərdlərin telefon və interenet bağlantılarının izlənilməsi praktikasını müdafiə edir.
ABŞ bildirir ki, Prism sistemi ABŞ vətəndaşlarını və ya Amerikalıları hədəfə almır, və bu sistemin fəaliyyətinə rəsmi hüquq qurumalrı tərəfindən nəzarət edilir.
Hong Kong
5 June: From Hong Kong, Snowden discloses details of what he describes as a vast US phone and internet surveillance programme to the UK's Guardian newspaper.




