Keçmiş ABŞ agenti vətəndaşların telefon və internet xəttilə izləndiyini bildirib

ABŞ Ədliyyə Nazirliyi ölkənin kəşfiyyat qurumları tərəfindən vətəndaşlara aid şəxsi məlumatların müttəfiq ölkələrin müvafiq qurumlarına ötürülməsi barədə iddiaların araşdırılmasına başlayıb.
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş işçisi Edward Snowden ötən həftə anonim sürətdə mətbuat vasitəsilə ABŞ Kəşfiyyat orqanlarının milyonlarla insanın telefon zəngləri, email-ləri, facebook və twitter-də şəxsi səhifələrinə məxvi qaydada nəzarət etdiyini bəyan etmişdir.
Ötən gün isə Edward Snowden könüllü sürətdə öz anonimliyini pozaraq Britaniyanın Guardian qəzetinə kimliyini açıqlayıb.
Onun təbirincə, vətəndaşların şəxsi məlumatlarına bu yolla həyata keçirilən gizli nəzarət Qərb ölkələrində demokratiya əsasları üçün ciddi təhlükə kəsb edir.
Britaniya qəzetləri bu hadisə ilə bağlı ölkənin GCHQ kəşfiyyat agentliyinin ABŞ-ın Prism adı ilə kodlaşdırılmış vətəndaşlara məxsus şəxsi məlumatlarının izlənməsi proqramına çıxış əldə etdiyindi iddia ediblər.
Qəzetlərin iddiasına görə Britaniyanın GCHQ kəşfiyyat mərkəzi 2010 ildən başlayaraq Prizm proqramı xəttilə ABŞ Kəşfiyyatından məlumatlar almaqdadır.
Qəzetlər eləcədə qeyd edib ki, vətəndaşlar barədə məlumat yığılması işində ABŞ kəşfiyyatına Facebook, Twitter, Google və digər iri internet şirkətləri yardım göstərib.
Lakin Britaniya Xarici Işlər naziri William Hague bu qəbuildən olan iddiaların əsassız olduğunu qeyd edib.
Keçmiş MKİ əməkdaşı isə öz hərəkətlərini "insanların əsas azadlıqlarını müdafiə etmək" məqəsdilə əsaslandırıb.
29 yaşlı eks-xəfiyyənin təbirincə, ABŞ kəşfiyyatı telefon zənglərini və internetdə gedən yazıları izləyir.
Mətbuatda gedən yazılarda iddia olunduğuna əsasən, ABŞ kəşfiyyat qurumları milyonlarla insanın telefon zəngləri və internetdə yerləşdirdikləri məlumatları qeydə alıblar.
ABŞ Milli Kəşfiyyat direktoru idarəsinin sözçüsü bildirirb ki, bu mətbuat səhifələrinə çıxmış məsələ araşdırılmaq üçün Ədliyyə Nazirliyinə ötürülüb.




