ABŞ: milyonlarla telefon təmasları izlənilib

Apreldə çıxarılan məxfi məhkəmə qərarı ilə ölkənin ən böyük mobil operatorlarından biri olan Verizon abunəçilərinin telefon təmasları barədə məlumatları hakimiyyətə ötürüb.
Telefon şirkəti 25 apreldən iyulun 19-dək edilmiş bütün zənglərlə bağlı informasiyanı Milli Təhlükəsizlik Agentliyinə ( NSA - The National Security Agency) təqdim edib, Guardian qəzeti yazır.
Britaniya nəşrinə əsasən əməkdaşlıq barədə məlumat məxfi saxlanılıb.
Milli Təhlükəsizlik Agentliyi söhbətlərin məğzi və zəng edənlərin kimliyi barədə məlumat tələb etməyib.
Amerika hökuməti və Verizon şirkəti qəzet məlumatını şərh etməyiblər.
Dəlillər
Məhkəmə qərarı Obamanın prezidentliyi dövründə xüsusi xidmətlər tərəfindən nədəsə şübhəli olub-olmamasından asılı olmayaraq milyonlarla adamın telefon söhbətləşməsi barədə böyük həcmdə məlumatların toplanılmasına dəlalət edən ilk sübutdur, Guardian qəzeti yazır.
Mətbuatda çıxan məlumatlar hüquq müdafiəçiləri tərəfindən tənqidlə qarşılanıb.
Ötən ay Ağ Ev Associated Press Agentliyi telefonlarının dinlənilməsi üçün tənqid olunub.
Ədliyyə Nazirliyi 2012-ci ilin aprel-may aylarında jurnalistlərin 20 xəttlə apardıqları danışıqlarının mətnini alıb.
Hüquqlar
Konstitusiya Hüquqlarının Müdafiə Mərkəzinə əsasən söhbət tarixdə ən böyük izlənilmədən gedə bilər.
Məsələni Demokrat və Respublikaçı partiyaları qaldırıb.
Onların əsas sualı budur ki, Av Ev dövlət təhlükəsizliyilə şəxsi həyata müdaxilə arasında üzlaşma xəttinin hardan keçdiyini dərk edir ya yox.
Amerikanın baş prokuroru deyib ki, jurnalistlərin zəngləri barədə məlumat ABŞ vətəndaşlarının həyatına təhlükə yaradan informasiya sızmasından sonra istənilib. Ağ Evin nümayəndəsi isə deyib ki, Barak Obama dinləmələr barədə qəzetlərdən xəbər tutub.




