Erdoğan mübahisəli inşaat planının həyata keçiriləcəyini deyib

Tunisə səfəi vaxtı ölkəsindəki etirazlara münasibət bildirən Recep Tayyip Erdoğan şəhər mərkəzindəki Gezi Parkında mübahisəli inşaat planından vaz keçməycəyini deyib.
Baş nazir aşırı gözyaşardıcı qazın istifadə olunmasından “üzüldüyünün” dilə gətirildiyini deyib.
Bununla yanaşı Erdoğan etirazlara hökumətin boyun əyməyəcəyini deyib.
Onun sözlərinə görə etiraz edən vətəndaşlar arasında kimlərin olduğunu araşdırmaq lazımdır.
"Səmimi vətəndaşlarımızın arasına kimlərin qarışdığını da bilməyimiz lazımdır”.
Tunisdə jurnalistlərin suallarına cavab verən Erdoğan əlavə edib ki, gəzinti parkındakı Atatürk Mədəniyyət Mərkəzinin sökülməsindən sonra onun yerində opera binası tikiləcək.
İnşaat planları vaxtilə İstanbulun Taksim meydanındakı gəzinti parkının ərazisində yerləşən Osmanlı ordusunun artilleriya kazarmasının bərpasını, ofis və ticarət obyektlərinin yaradılmasını nəzərdə tutur.
Bu planlara etiraz edən fəallar mayın 27-dən bu yana öncə İstanbul və sonradan Türkiyənin müxtəlif şəhərlərində polisin müdaxiləsinə tuş gələn etiraz aksiyaları keçirirlər.




