Etirazçılar Türkiyə hökümətinə tələblərini bildiriblər

Bülent Arınç və Recep Tayyip Erdoğan

Türkiyədə anti-hökümət etirazçıları baş nazirinin müavini Bülent Arınçla görüşüblər.

Məqsədi etirazlara son qoymaq olan görüşdə, etirazçılar cənab Arınça tələblərinin siyahısını təqdim ediblər.

Hökümət nümayişləri başlayan ekoloji fəalları Ankaraya, şikayətlərini müzakirə etməyə dəvət edib.

Fəallar tələb ediblər ki, parkın sökülməyəcəyi barədə rəsmi zəmanət verilsin, etirazçılara qarşı zorakılıq törətməkdə suçlanan polislər məhkəməyə cəlb olunsun və həbsdə olan etirazçılar sərbəst buraxılsın.

Çərşənbə axşamı cənab Arınç polisin zorakılığına görə üzr istəyib və ekoloji narahatlıqları qəbul edib. Amma o deyib ki, etirazları "terrorçu ünsürlər" işğal etmişdi.

Ötən həftə ətraf mühit mühafizəçiləri İstanbuldakı Gezi Parkının sökülməsinə etiraz edərək oturma aksiyası başlamışdılar.

Rəsmilər təsdiq ediblər ki, etirazlarda <link type="page"><caption> iki adam ölüb</caption><url href="http://www.bbc.co.uk/azeri/international/2013/06/130603_turkey_beshiktash.shtml" platform="highweb"/></link>.