Margaret Thatcher öldü

Margaret Thatcher

Britaniyanın keçmiş Baş Naziri Margaret Thatcher 87 yaşında ürək iflicindən vəfat edib.

Onun sözçüsü Lord Bell deyib: "Böyük kədərlə deyirəm ki, Mark və Carol Thatcher anaları Barones Thatcherin bu səhər iflicdən sonra öldüyünü bəyan ediblər".

Barones Thatcher 1979-cu ildən 1990-cı ilədək Mühafizəkarlar partiyasından Baş Nazir olub.

O, bu postda olan ilk qadın idi.

Margaret Roberts kimi doğulmuş Baroness Thatcher 1959-cu ildə millət vəkili seçilmiş, 1992-ci ildə isə parlamentdən təqaüdə çıxmışdı.

O, 1979, 1983 və 1987-ci illərdə seçkilərdə qalib gəlmişdi.

Baş Nazir David Cameron onu "ən Böyük Britaniyalı" adlandırıb və kraliça onun ölümündən kədərlə danışıb.

Ledi Thatcher üçün dövlət səviyyəsində dəfn mərasimi keçirilməyəcək, ancaq Şahzadə Diana və Ana Kraliça ilə eyni səviyyədə dəfn olunacaq.

Mərasim Londondakı Müqəddəs Pavel kilsəsində keçiriləcək.

Baş Nazirin idarəsi üzərindəki bayraq yarıyadək endirilib.