Şimali Koreya Cənubi Koreya ilə "müharibə şəraiti"ndədir

ABŞ və qonşusuna qarşı ritorikanı gücləndirən Şimali Koreya deyir ki, Cənubi Koreya ilə "müharibə şəraitinə" daxil olub.
Yayılan bəyanatda "hər bir acıqlandırıcı hərəkətə" qarşı "sərt fiziki tədbirlər"in görüləcəyinə vəd verilir.
Şimali Koreya fevralda keçirən nüvə testindən sonra demək olar ki, hər gün hüculmarla hədələyib.
Buna baxmayaraq çox az adam inanır ki, Şimal risk edib münaqişəyə start verəcək.
Formal olaraq ölkə Cənubla 1953-cü ildən müharibədədir, çünki atəş dayandırılması heç bir sülh müqaviləsində nəticələnməyib.
Şimali Koreyanın şənbə günü yaydığı bəyanatında deyilir: "Bu gündən belə Şimali-Cənubi əlaqələr müharibə şəraitində olacaqlar və qaldırılan bütün məsələlərə müvafiq münasibət göstəriləcək.
"Koreya yarımadasındakı uzunmüddətli nə sülh, nə də müharibə vəziyyəti nəhayət ki, bitib."
Vaşinqtonda Milli Təhlükəsizlik Şurasının sözçüsü Caitlin Hayden deyib ki, ABŞ "bu hədələri ciddi qəbul edir və cənubi koreyalı müttəfiqlərimizlə yaxın əlaqə saxlamağa davam edirik".




