Şimali Koreya ABŞ-la "hesablaşmaq" istəyir

Şimali Koreya höküməti hərbi hava qüvvələrinin tam hazır vəziyyətə gətirildiyini deyir.

Raketlərin hədəfi isə Koreya yarımadasının fəzasında uçan ABŞ-ın B-2 bombardmançı-təyyarələridir.

Şm. Koreyanın dövlət agentliyi məlumat yayıb ki, ölkə lideri Kim Jong-un cümə axşamı gecəsi hərbi generallarla görüşdə bu qərarı verib.

“ABŞ-la hesablaşmaq vaxtıdır”, agentlik Kim Jong-un-un sözlərinə istinad edir.

Jong-un ABŞ helikopterlərinin hava sərhədlərini pozmasını “ultimatum kimi anlayıb".

Rəsmi Moskva da ABŞ-ın “birtərəfli” hərəkətindən xəbəri olmadığını deyib.

Şimali Koreyanın ən böyük biznes tərəfdaşı olan Çin isə, tərəfləri sakitliyə çağırıb.

Lakin narazı tərəf raketlərin "hər an atəşə hazır" olduğunu bildirib.

“Əgər ağılsız provakasiya olarsa, Koreya Xalq Ordusu ABŞ-ın Sakit okeanı, Havay, Huame və Cənubi Koreyadakı hərbi bazalarına böyük zərbə vuracaq”,

AP agentliyi yazır ki, minlərlə Şimali Koreya sakini paytaxt Pxenyanda keçirilən hökümətlə həmrəylik marşında iştirak edib.

Rəsmi Vaşinqton "istənilən fövqəladə şərait"ə hazır olduğunu bəyan edib.

Cümə axşamı “Stels” markalı iki amerikan bombardmanı Koreya yarımadasının fəzasında hərbi təlimlər zamanı uçuşlar edib.

Ağ Evin rəsmisi Chuck Hagel deyib ki, Şm. Koreya etdiklərinin “təhlükəli” olduğunu anlamalıdır.

“Bildiririk ki, biz bu provakasiyanı ciddi qəbul edirik və cavab verəcəyik”, Hagel bildirib.

Koreya yarımadasında vəziyyət bu ilin fevralında Pxenyanda nüvə silahlarının testdən keçirilməsindən sonra gərginləşib.

BMT də Şimali Koreyaya qarşı sanksiyalara çağırıb.