Parisdə Peyğəmbər haqqında zarafata görə qəzetə hücum ediblər

Charlie Debdo

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Charlie Hebdonun redaktoru deyib: "Daha bizim qəzetimiz yoxdur. Bütün avadanlıq sıradan çıxıb".

Fransa satirik jurnalı Charlie Hebdonun ofisləri benzin bombası ilə darmadağın edilib, bunu Fransa polisi deyib.

Nəşr bir neçə gün əvvəl Məhəmməd Peyğəmbəri özünün növbəti sayı üçün "baş redaktor" elan etmişdi.

Jurnalın üz qabığında Məhəmməd Peyğəmbərin karikaturası dərc olunmuş və yumorlu şərhlər yazılmışdı.

Jurnal deyib ki, bununla ötən ay Tunisdə keçirilən seçkilərdə İslam partiyasının qələbəsini "bayram etmək" istəyib.

Charlie Hebdonun redaktoru deyib: "Daha bizim qəzetimiz yoxdur. Bütün avadanlıq sıradan çıxıb".

Hadisəni gözlərilə görən Patrick Pelloux AFP xəbərlər agentliyinə deyib ki, ofisin pəncərələrinə Molotov kokteyli atılıb və bu, kompüter sistemini alovlandırıb.

"Hər şey darmadağın olunub" - o, deyib.

Yaralananlar barədə məlumat yoxdur.

Charlie Hebdonun veb saytı ingilis və türk dillərində mesajlarla hək olunub.