Charlie Hebdo nəşrinin ənənələri

Charlie Hebdo

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Peyğəmbər haqqında zarafata görə nəşr hücuma məruz qalıb.

Fransız nəşri solçu radikalizmlə ədəbsizlik həddinə çatan jurnalistikanın dərin ənənələrinə söykənir.

18-ci əsrdə hədəf kral ailəsi olub və jurnal Versal Sarayında baş verənlər barədə yazıb.

Hazırda siyasətçilər, polis, bankirlər və din kimi yeni hədəflər peyda olub.

Lakin qəzet əvvəlki satira silahına sadiq qalır.

Məhəmməd peyğəmbəri rişxənd etmək qərarı cəsarətli prinsipiallıq və yaxud da təhlükəli məsuliyyətsizlik adlandırmaq olar.

Bir şey danılmazdır: bu addım jurnalın tarixi qayəsinə uyğundur.

Charlie Hebdo həmişə daha məşhur Le Canard Enchaine satirik nəşri ilə müqayisə olunub.

Bu nəşrləri birləşdirən qüdrətlilərə qarşı satiranın istifadəsidir.