Ukraynada müharibə: Rusiya Kiyevə "hərtərəfli hücuma hazırlaşır"

Rusiya Ukrayna müharibəsi

Şəklin mənbəyi, Getty Images

Rusiya öz qüvvələrini paytaxt Kiyevə hərtərəfli hücuma hazırlayır, Ukraynanın müdafiə rəsmiləri xəbərdarlıq edib.

Ukrayna ordusunun Baş Qərargahı tərəfindən edilən açıqlamada deyilir ki, Rusiya qüvvələri şəhərə hücum üçün resurslar toplamağa başlayıb, tanklar və motoatıcı birliklər mühasirənin təməlinin qoyulması üçün yaxınlıqdakı İrpin şəhərinə doğru irəliləyir.

Açıqlamada, həmçinin bildirilib ki, rus komandirləri öz qüvvələrini Çernobılın qadağanedilmiş ərazisi vasitəsilə Belarusdan göndərilən yanacaqla təmin ediblər.

Səlahiyyətlilər həmçinin Rusiya ordusunun öz səylərini şərqdəki Xarkov, Çerniqov, Sumi və cənubdakı Nikolayev şəhərlərini mühasirəyə almağa yönəltdiyini bildiriblər.

Rusiyadan Yerevana Gündəlik 20-25 təyyarə reysi var

Paylaşımını ötürün Instagram
Instagram məzmununa icazə varmı?

Bu məqalədə Instagram məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Instagram kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu Instagram

Ukraynada müharibənin 12-ci günü

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, İrpindən qaçarkən həlak olmuş mülki şəxs

Bir ailənin bütün üzvləri həlak olub

Ukraynada bir ailənin dörd üzvü - ata, ana və iki uşaq şəhərin atəşə tutulması nəticəsində həlak olublar.

Onlar paytaxt Kiyevdən bir qədər aralıda yerləşən İrpindən - cəbhə xəttindən qaçmağa çalışırmışlar.

Ukraynada dinc sakinlər Kiyev yaxınlığındakı bombardmanlardan qaçır. BBC-nin ərazidə olan müxbiri bildirir ki, mülki şəxslər qaçmağa çalışarkən Rusiyanın atəşinə məruz qalır, jurnalistlər zərərçəkənlərə yardım etməyə çalışır.

Rusiya Ukraynaya fevralın 24-də hücum edib. BMT hücum başladıqdan indiyədək 364 nəfər dinc sakinin həlak olduğunu açıqlayıb, lakin qurum həmçinin bildirib ki, real rəqəmlər "əhəmiyyətli dərəcədə yüksək" ola bilər.

Qurum indiyədək Ukraynadan 1,5 milyon şəxsin qaçqın düşdüyünü bildirir.