Kiyev küçələrində döyüşlər, Rusiya Xarkov şəhərinə girib

Ukrayna

Şəklin mənbəyi, AFP

Kiyev uğrunda döyüşlər davam etsə də, gecə nisbətən sakit keçib. Səhər isə Kiyevin mərkəzindən qərbdə partlayış səsi eşidilib.

Rusiya ordusu Ukraynanın ikinci ən böyük şəhəri Xarkov şəhərinə girib, Ukrayna rəsmiləri bildirib.

Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko bildirib ki, onlar Rusiyanın müttəfiqi Belarusdan uçan təyyarə ilə paytaxt Kiyevə istiqamətlənmiş raketi vurub.

Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra döyüşlər ölkənin hər yerində gedir, o cümlədən paytaxtda. Prezident Zelenski şənbə günü deyib ki, Kiyevin müdafiəsinə şəxsən rəhbərlik edir. Rusiya Müdafiə Nazirliyi Melitopol şəhərini tutduğunu açıqlayıb.

Reuters bu şəhəri Rusiyanın cümə axşamı Ukraynaya hücumundan sonra tutulan ilk əhəmiyyətli şəhər kimi təsvir edib.

Melitopol Ukraynanın cənubundakı Zaporojye regionundakı əsas Mariupol limanın yaxınlığında yerləşir.

Şəhərdə 150 min sakin yaşayır.

Paylaşımını ötürün Instagram, 1
Instagram məzmununa icazə varmı?

Bu məqalədə Instagram məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Instagram kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu Instagram, 1

______________________________________________________

Melitopol şəhərində vəziyyət necədir? Azərbaycanlı sakin BBC-yə danışıb

Melitiopol şəhəri

Şəklin mənbəyi, AFP/Getty images

Şəklin alt yazısı, Melitopol Ukraynanın cənubundakı Zaporojye regionundakı əsas Mariupol limanın yaxınlığında yerləşir (Arxiv görüntüsü)

Melitopol şəhərinin alınması barədə xəbərdən sonra BBC News Azərbaycanca şəhərin azərbaycanlı sakini ilə əlaqə saxlayıb.

Özünü F. Məmmədov kimi təqdim edən müsahibimiz hazırda vəziyyətin sakit olduğunu desə də, "hər ehtimala qarşı" su yığdığını bildirib.

"Mən onu pəncərənin yanına yığıram ki, qəfil partlayış və ya zərbə olarsa, zərbə dalğası su ilə mümkün qədər yumşaldılsın. Düzdür, bunun kömək edib-etməyəcəyini bilmirəm, amma bütün üsulların işə yarayacağını düşünürəm".

Ötən gün müsahibimiz şəhərdə intensiv artilleriya atəşinin eşidildiyini deyib.

Kiyev küçələrində döyüşlər

Kiyev

Şənbə səhəri Ukrayna paytaxtı Kiyevdə atəş səsləri altında açılıb.

Ukrayna Silahlı Qüvvələrinin Facebook hesabında bildirilib ki, şəhərin Vasilkov ərazisində "ağır döyüşlər davam edir".

Kiyev hökuməti də daha əvvəl verdiyi bəyanatda döyüşlərin baş verdiyini təsdiqləyib və sakinlərə sığınacaqlarda qalmaq, pəncərələrə və eyvanlara yaxınlaşmamaq barədə xəbərdarlıq edib.

Kiyevli jurnalistlərin sosial şəbəkələrdə yaydıqları xəbərlər də onu deməyə əsas verir ki, həqiqətən də küçələrdə döyüşlər başlayıb.

Şənbə günü Ukrayna lideri Rusiya hərbi gəmilərinin Qara dənizə keçməsinə "qoyulan qadağa"nı qeyd edərək, Türkiyəyə öz minnətdarlığını bildirib.

Volodimir Zelenski Recep Tayyip Erdoğanla danışıqların yekunları barədə öz Twitter-ində yazıb.

Paylaşımını ötürün X, 1
X məzmununa icazə varmı?

Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu X, 1

"Rusiya hərbi gəmilərinin Qara dənizə keçməsinə qadağa qoyulması və Ukraynaya əhəmiyyətli hərbi və humanitar yardım bu gün son dərəcə vacibdir. Ukrayna xalqı bunu heç vaxt unutmayacaq!", - Volodimir Zelenskinin tvitində deyilir.

Paylaşımını ötürün Instagram, 2
Instagram məzmununa icazə varmı?

Bu məqalədə Instagram məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Instagram kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu Instagram, 2

Paylaşımını ötürün Instagram, 3
Instagram məzmununa icazə varmı?

Bu məqalədə Instagram məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Instagram kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu Instagram, 3

Şənbə günü Ukrayna silahlı qüvvələri əlavə edib ki, onun qoşunları gün ərzində bir sıra Rusiya "düşmən hədəflərini" vurub, həmçinin Rusiya qoşunlarının Ukraynanın hər hansı şəhərini tutmasının qarşısını alıb.

Ukrayna Rusiyanın 3500-dən çox hərbçisinin öldüyünü, 200-ə yaxın əsgərin əsir götürüldüyünü açıqlayıb.

Ukrayna hərbi rəhbərliyi bildirir ki, Rusiya indiyə kimi 14 təyyarə, 8 helikopter və 102 tank itirib.

BBC bu iddiaları müstəqil olaraq təsdiqləyə bilməyib.

Rusiya indiyə kimi itkiləri ilə bağlı məlumat paylaşmayıb.

Bu arada Ukrayna Prezidenti Volodimir Zelenski şənbə günü səhər saatlarında sosial media hesabında Prezident adminstrasiyasının qarşısından video yayaraq Kiyevdə olduğunu və paytaxtın müdafiəsinə şəxsən rəhbərlik etdiyini deyib.

Paylaşımını ötürün X, 2
X məzmununa icazə varmı?

Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu X, 2

ABŞ mediası yazır ki, o, Washington-un təxliyə təklifindən imtina edib.

Fransa Ukraynaya silah göndərir

Silah və texnika Fransadan Ukraynaya göndərilir.

Ukrayna Prezidenti Zelenski bu barədə yazdığı tvitdə bildirib ki, fransalı həmkarı Macron-la şənbə günü səhər danışıb. O bunu "diplomatik cəbhədə yeni günün başlaması" adlandırıb. Əlavə edib ki, "müharibə əleyhinə kooalisiya işləyir!"

Paylaşımını ötürün X, 3
X məzmununa icazə varmı?

Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu X, 3

Şənbə günü Fransa Prezidenti Macron yaydığı videoda bildirib: "Müharibə davam edəcək - biz buna hazırlaşmalıyıq!"