İtaliya kəndində bu yay pulsuz qalmaq imkanı var

San Giovann

Şəklin mənbəyi, San Giovann bələdiyyəsi/Facebook

Şəklin alt yazısı, San Giovann

İtaliyada Roma və Neapoldan yalnız iki saatlıq məsafədə yerləşən bir kənd bu yay turistlərə pulsuz yaşayış yerləri təklif edir. Məqsəd turistləri kəndə cəlb etməkdir.

İyul-oktyabr aylarında turistlər İtaliyanın cənubunda yerləşən kənddə boş qalmış bəzi evlərdə pulsuz qala bilərlər.

İtaliyadakı bir çox kiçik kəndlər kimi San Giovanni-də də əhalinin sayı azalmaqdadır.

Yerli sakinlər böyük şəhərlərə köçürlər.

Nəticədə kənddə bir çox ev boş qalıb və bir həftəlik məzuniyyətini şəhərlərdən uzaqda keçirmək istəyən turistlər üçün həmin evlərdə vaxt keçirmək üçün yaxşı fürsət yaranıb.

Molise vilayətində yerləşən adı çəkilən kənd həm Adriatik dəniz sahillərindən, həm də dağlarından cəmi 40 dəqiqəlik məsafədə yerləşir və təbiətin görməli yerləri ilə zəngindir.

"Regalati il Molise" (özünüzü Molise-ə həsr edin) adlı layihə çərçivəsində ziyarətçilər regionun bəzi boş evlərində yeddi gecə pulsuz istirahət edə bilərlər.

Məqsəd bu kiçik kəndi həyata qaytarmaq və Molise-ni cazibədar bir turist məkanına çevirməkdir.

Yaşayış xərclərindən azad olan turistlər üçün Molise-nin gözəlliyini, tarixini, mətbəxini və şərablarını tanımaq üçün daha çox maliyyə imkanları yaranacaq.

İyulun 4-dən oktyabrın 3-dək davam edəcək bu layihənin müəllifi yerli fəal Enzo Luongo-dur.