Rusiyada təqaüd islahatına etiraz aksiyalarında "1000 nəfərdən çox" adam saxlanıb

Şəklin mənbəyi, EVGENY STEPANOV/INTERPRESS/TASS
Rusiyada təqaüd islahatlarına qarşı bazar günü keçirilən etiraz aksiyalarında saxlananların sayının 1000 nəfəri keçdiyi deyilir.
Bu haqda Rusiyanın siyasi təqiblərin monotirinqini aparan "OVD-İnfo" portalı yazır.
Portalın məlumatına görə, Sankt-Peterburqda ən az 452 nəfər, Yekaterinburqda 183, Krasnodarda 60, Omskda 43, Moskvada 43, Permdə 23, Kazanda 22, Tverdə 20, Ufada 17, Xabarovskda 15, Tomsk və Belqoqradda 13, Çelyabinsk və Lipetskdə 12, Novosibirskdə 10 nəfər saxlanıb. Digər şəhərlərdə də saxlananların olduğu deyilir.
Telegram çat kanallarının birində yayılan məlumatda deyilir ki, İstintaq Komitəsi Moskvada iki aksiya iştirakçısına qarşı polisə hücum ittihamı irəli sürüb.
Onlardan birinə 10 il həbs cəzası təhlükəsi var.
Bu gün Rusiyada iki hadisə gündəmdədir. Bunlardan biri bölgələrin qubernator seçkiləri, digəri isə təqaüd islahatına qarşı etiraz aksiyasıdır.
Rusiyanın müxalifyönlü siyasətçisi Aleksey Navalnı bu gün təqaüd yaşının artırılmasına qarşı irimiqyaslı etiraz aksiyasına çağırış etmişdi. Lakin özü istintaq təcridxanasında olduğu üçün aksiyada iştirak edə bilməyəcək.
Moskvada etirazlar
Aksiya başlamazdan əvvəl onun keçiriləcəyi yerdə suvuran maşınlar sıraya düzülmüşdü.

"Səs ver, işlə və öl"
Moskvada aksiya iştirakçıları "Səs ver, işlə və öl", "Təqaüd dirilərə lazımdır", "Putin oğrudur" şüarlarını səsləndirib. Rusiya Liberal-Demokrat Partiyasının (LDPR) lideri Vladimir Jirinovski aksiya yerinə gəlsə də, iştirakçıların ona qarşı "Xəcalət!" deyə bağırmasından sonra aksiya yerini tərk edib.
Rusiya prezidenti Vladimir Putin əvvəlki çıxışlarında demişdi ki, təqaüd islahatı, qadın və kişilər üçün pensiya yaşının qaldırılması illərlə geçikdirilib və indi Rusiyada inflyasiya və yoxsulluğun artmasına səbəb ola bilər.
Onun təbirincə, bu islahatın gecikdirilməsi Rusiya cəmiyyətinin stabilliyini və təhlükəsizliyini risk altına alır.
"Bizim qərarlarımız ədalətli və balanslaşdırılmış olmalıdır", - o, qeyd etmişdi.

Moskva polisi aksiya iştirakçılarına xəbərdarlıq edib ki, polisin qanuni tələbinə riayət etmədikdə, aksiya iştirakçıları inzibati məsuliyyətə cəlb olunacaqlar.

Şəklin mənbəyi, Михаил Почуев/ТАСС

Pussy Riot qrupunun üzvü saxlanıb
Moskvada etirazçı Pussy Riot musiqi qrupunun üzvü Veronika Nikulşina saxlanıb. Onun hara aparıldığı bilinmir.
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu X, 1
Aksiyada ən məşhur şüarlar
BBC əməkdaşları müşahidə edir ki, Moskvada keçirilən aksiyada iyulun 5-də keçirilən aksiyaya nisbətən daha az insan iştirak edir. Aksiyada ən məşhur şüarlar "Putin - oğrudur!", "Rədd olsun çar", "Təqaüd islahatına yox", "Müharibəyə yox!", "Putin - korrupsiyanın qarantıdır" olub.




Şəklin mənbəyi, Дмитрий Серебряков/ТАСС
Moskvadakı aksiyada 2 min nəfər iştirak edir
İnterfaks Agentliyi Rusiyanın Daxili İşlər Nazirliyinə istinadən Moskvadakı aksiyada 2 min nəfərin iştirak etdiyini bildirib.
BBC müxbiri Yevgeniy Pavlovanın müşahidələrinə görə aksiyada bir neçə min adam iştirak edir.
"Puşkin meydanında adamlar azalmağa başlayır. Çoxları gedir. Heykəlin yanında bir neçə yüz insan dayanır. Fontanın yanında isə insanlar sakit hərəkət edir", - o xəbər verir.
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu X, 2
Rusiyanın Şərqində aksiya
Artıq Rusiyanın bir neçə şəhərində etiraz aksiyaları baş tutub. Aksiyalarda iştirak edənlərin sayı haqda fikirlər fərqlidir. Rusiyanın Xabarovsk vilayətində çəkilmiş şəkildə 100 nəfərdən çox insanın toplaşdığı görülür. İştirakçılardan bəzilərinin saxlanıldığı və tez də sərbəst buraxıldığı haqda məlumatlar var.
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu X, 3
Krasnoyarskda aksiya
Krasnoyarsk şəhərində də mitinq baş tutub.
Aksiyanın başlanmasından əvvəl polis bir neçə fəalı saxlayıb. Bir aktivistin isə evindən çıxarkən saxlanıldığı deyilir.
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu X, 4
Novosibirsk şəhərində Navalnının qərargah koordinatoru saxlanıb
Novosibirsk şəhərində təqaüd yaşının artırılmasına qarşı keçirilən icazəsiz aksiyada 2000-2500 nəfər iştirak edib, "Tayqa.İnfo" iştirakçı sayını qiymətləndirir.
Aksiya başlamazdan əvvəl polis Navalnının yerli qərargah koordinatoru Sergey Boyko-nu saxlayıb. Aksiya iştirakçıları müxalifətçinin aparıldığı Daxili İşlər Nazirliyi orqanının binasına tərəf irəliləyiblər. Məlumatda deyilir ki, eyni istiqamətdə OMON və həbs maşınları hərəkət edir.
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu X, 5
Moskva meri "məktəbli kimi həyəcanlandığını" deyib
Aksiyaların fonunda Rusiyada qubernator seçkiləri davam edir.
Moskvanın hazırki meri Sergey Sobyanin səsverməyə qatılıb. O, jurnalistlərə deyib ki, "məktəblinin imtahanqabağı həyəcanlandığı kimi" həyəcanlıdır.
"Bu gün mənim üçün çox məsuliyyətli gündür. Düzünü desəm, imtahana gələn məktəbli kimi həyəcanlanıram, o imtahana ki, minimum son beş il hazırlaşıb. Bu, bütün şəhər üçün, bizim hamımız üçün, Moskva üçün həqiqətən də vacib gündür", - o deyib.
Aksiyalar ərəfəsində həbslər
Siyasi təqiblərin monitorinqini aparan "ОВД-Инфо" media layihəsi aksiyalar ərəfəsində həbs olunanları qeydə alıb. Məlumata görə, aksiya ərəfəsində 20 şəhərdə 48 nəfər saxlanıb, onlardan biri isə iki dəfə saxlanıb. Onlardan çoxu gecəni Daxili İşlər Nazirliyinin şöbələrində keçirib, 14 nəfər isə həbs edilib.
Novosibirskdə saxlananlar
Novosibirsk şəhərində aksiya iştirakçıları qarşı polis və OMON-çular toplaşıb. Onlar küçələri bağlamaqla aksiya iştirakçılarını geri çəkməyə çalışır. "Тайга.Инфо" xəbər verir ki, OMON qüvvələri insanları dəyənəklərlə döyür, bir iştirakçını isə yerə yıxıb.
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu X, 6
Seçkilərdə qanun pozuntuları
"Milli ictimai monitorinq" Müstəqil Müşahidəçilər Assosiasiyasının federal koordinatoru Roman Kolomoytsev Tass agentliyinə deyib ki, hazırda onlara potensial seçki pozuntuları haqda 164 şikayət daxil olub. Onlardan beş şikayət artıq həllini tapıb, digərləri isə araşdırılır.
Sankt-Peterburq şəhərində Navalnının qərargah koordinatoru saxlanıb
Sankt-Peterburqda polis Navalnının yerli qərargah koordinatoru Denis Mixaylovu və qərargahın əməkdaşı İlya Qantvarq-ı saxlayıb. İlya Qantvarq onların narkotikaya ekspertizasına aparıldığı haqda tvit yazıb.
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu X, 7
Navalnının Moskva qərargahının keçmiş başçısı saxlanıb
Korrupsiya ilə Mübarizə Fondunun əməkdaşı, Navalnının Moskva qərargahının keçmiş başçısı Nikolay Lyaskin Moskvada saxlanıb. O, tvitində yazıb ki, "onu saxlayan 5 nəfər iki gündür ki, bütün şəhər boyu onun arxasınca düşdüklərini deyib".
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu X, 8
Sibirdə saxlananlar
Novosibirsk şəhərində etirazçıların polislə toqquşduğu aksiya sona çatıb. "Тайги.Инфо"-nun məlumatına görə, aksiyada 7 nəfər saxlanıb. Aksiya ərəfəsində saxlanan Navalnının yerli qərargah koordinatoru Sergey Boyko Daxili İşlər Nazirliyinin şöbəsindən məhkəməyə aparılıb. Ona qarşı aksiya keçirilməsi haqda qanunun tələblərini pozma iddiası irəli sürülür.
"ОВД-Инфо"-nun məlumatında Tomsk şəhərində də ən azı 12 nəfərin saxlandığı və onlardan altısının yetkinlik yaşına çatmadığı deyilir.
Omsk şəhərində isə ən azı 14 nəfərin saxlandığı haqda məlumatlar gəlir.
Seçkilərdə kabab
Etiraz aksiyalarına baxmayaraq Moskvada seçkiləri bayrama çevirmək istəyənlər də var. Bu gün Moskvada həm də şəhər günü qeyd olunur.
Bazar günü piknikə getmək istəyənləri seçkiyə cəlb etmək üçün seçki məntəqələrinin qarşısında kabab qonaqlığı təşkil olunub.
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu X, 9
Navalnı koordinatorları ölkə boyu saxlanır
Bütün Rusiya boyu Navalnının yerli qərargah koordinatorları saxlanır. Dəqiq rəqəmlər haqda məlumat olmasa da, Navalnının seçki qərargahının keçmiş başçısı Leonid Volkov BBC-yə deyib ki, o, axşama doğru bütün koordinatorların saxlanmış olacağını güman edir.
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu X, 10
Yekaterinburqda şəhərin keçmiş meri saxlanıb
Yekaterinburq şəhərində keçmiş mer Yevgeniy Royzman Navalnı tərəfdaşlarının aksiyasına qoşulub. O, aksiya iştirakçılarını saxlayan polislə söhbətləşib və bundan sonra onlara hərəkət etməyə icazə veriblər. Lakin daha sonra Yevgeniy Royzman saxlanıb.

Şəklin mənbəyi, Novaya Gazeta
Sankt-Peterburqda tikanlı məftillər
Sankt-Peterburq şəhərində aksiyanın keçiriləcəyi yerin 15 metr yaxınlığında tikanlı məftillər daşıyan iki avtomobil dayanıb. Maşınların nə üçün gətirildiyi bilinməsə də, bəzi şəkillərdə onların yaxınlığında Milli Qvardiyanın əməkdaşları görülür.
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu X, 11
"153 nəfər saxlanıb"
"ОВД-Инфо" məlumat verir ki, Rusiyanın 19 şəhərində artıq 153 nəfər saxlanıb. Onların çoxu Omsk və Tomsk şəhərlərində saxlanıb.
Nəqliyyat talonu və Dima Bilanın konsertinə bilet
Omsk şəhərində səs verənlərə şəhər nəqliyyatında pulsuz gediş talonu və müğənni Dima Bilanın konsertinə bilet paylayırlar, "Голос" xəbər verir. Omsk şəhərinin ərazi seçici komissiyasının sədri Oksana Kamenşikova BBC-nin Rusca xidmətinə məlumatı təsdiqləsə də, təşkilatçının kim olduğunu izah edə bilməyib.
Sankt-Peterburqda yeniyetmə saxlanıb
Sankt-Peterburqda polis 12 yaşlı məktəblini saxlayıb. Onun yol işarəsi dirəyinə dırmaşdığı deyilir. Məlumata görə, polis digər bir iştirakçının başını yarıb, lakin o hələ saxlanmayıb.
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu X, 12
Sankt-Peterburqda keçən aksiyanın ən sərt olduğu deyilir.
Kimin etdiyi bilinməyən tüstü maddəsi yandırılıb və bundan sonra iştirakçılar polis tərəfindən saxlanmağa başlanıb. "Fontanki"-nin verdiyi məlumata görə, Sankt-Peterburqda aralarında məktəblinin də olduğu 100 nəfər saxlanıb.
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu X, 13
Sankt-Peterburqda OMON qüvvələri aksiya iştirakçıları ilə əlbəyaxa mübarizə aparıb.
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu X, 14
Sankt-Peterburqda aksiyada bir nəfər cəngavər zirehi ilə iştirak edib. O, dərhal saxlanılıb, "Бумага" saytı yazır.
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu X, 15
"291 nəfər saxlanıb"
"ОВД-Инфо" xəbər verir ki, saxlananların sayı 291-ə çatıb.
Onların çoxu Yekaterinburq və Omsk şəhərlərinin payına düşür.
"Saxlananların sayı 400-500 nəfərə çatıb"
"Фонтанки" saytı yazır ki, aksiya başlanandan saxlananların sayı 400-500 nəfərə çatıb.
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu X, 16
"Sankt-Peterburqda 100, Moskvada bir neçə insan"
Rusiya Daxili İşlər Nazirliyinin İctimai asayişin qorunması və qubernatorluqlarla əməkdaşlığın koordinasiyası Baş İdarəsinin rəisi Yuriy Valyayev Mərkəzi Seçki Komissiyasında çıxışında bildirib ki, aksiyalar zamanı Sankt-Peterburqda 100, Moskvada isə bir neçə insan saxlanıb.
"Sankt-Peterburqda qanun pozuntusuna görə həqiqətən də 100 nəfərə yaxın insan, Moskvada isə bir neçə insan saxlanıb", - İnterfax agentliyi onun çıxışını yazır.
"Ən sakit gün"
"Bizim gün ərzində və hazırda Daxili İşlər Nazirliyindən aldığımız xülasələrə görə, eləcə də qaynar xəttimizə daxil olan məlumatlara əsasən deyə bilərəm ki, bu, son zamanların ən sakit səsvermə günlərindən biridir" - Rusiya Mərkəzi Seçki Komissiyasının vitse-prezidenti.

Şəklin mənbəyi, Ольга Мальцева/AFP via Getty Images








