Moskvada pensiya islahatı əleyhinə növbəti etiraz aksiyası keçirilib

Moscow

Bazar günü, iyulun 29-da Rusiya paytaxtında təqaüd yaşının qaldırılması əleyhinə etiraz aksiyası keçirilib.

Aksiya Libertarian partiyası tərəfindən təşkil edilib.

Müxtəlif dəyərləndirmələrə görə, aksiyada 5-6 minədək insan iştirak edib.

Ötən gün pensiya islahatına qarşı etiraz aksiyaları Rusiyanın müxtəlif şəhərlərində keçirilib.

Moskvada Rusiya kommunistlərinin (KPRF partiyası) təşkil etdiyi mitinqdə 10 minə yaxın adam iştirak edib.

Kommunistlər təqaüd yaşının qaldırılması məsələsini ümumxalq referendumuna çıxarmaq istəyirdilər, lakin Rusiya MSK-sı bu təşəbbüsü dəstəkləməyib.

İyun ayının ortalarında Rusiya höküməti vətəndaşlar üçün təqaüd yaşının qaldırılması planını elan edib.

Təqaüd islahatı sıravi Rusiya vətəndaşlarının qəzəbinə səbəb olub.

Keçirilmiş sorğulara əsasən, prezident Putin və Nazirlər kabinetinin xalq arasında populyarlıq reytinqləri nəzərəçarpan dərəcədə azalıb.