Səudiyyəli qadınlar maşın sürmək qadağasını dəstəkləyən kişilərə: "Siz baxarkən biz maşın sürəcəyik"

Suudi Arabistan'da kadınların araba kullanabilmesi için kampanya düzenleyen Manal Al Sharif

Şəklin mənbəyi, MARWAN NAAMANI/AFP/Getty Images

Şəklin alt yazısı, Səudiyyə Ərəbistanında qadınların maşın sürə bilməsi üçün kampaniyalar təşkil edən Manal Al Sharif

Səudiyyəli qadınlar iyun ayından etibarən sürücülük vəsiqəsi alaraq maşın sürə biləcək.

Qadağanın aradan götürülməsindən məmnun olmayan bəzi kişilər sosial şəbəkələrdə "maşın sürə bilməzsən" həştəqli paylaşımlar edib.

Qadınlar isə bu sözlərə qarşı eyni həştəqdən istifadə edərək daha zarafatcıl paylaşımlar ediblər.

Bazar ertəsindən bəri eyni həştəqlə qadınların maşın sürmək hüququnu dəstəkləyən 65 mindən çox post paylaşılıb.

Qadınlar eyni həştəqlə video və fotolar da paylaşıb.

Paylaşımını ötürün X, 1
X məzmununa icazə varmı?

Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu X, 1

"Siz baxarkən biz maşın sürəcəyik"

Bəzi qadınlar eyni həştəqi istifadə edərək xəyallarındakı avtomobillərin fotolarını paylaşıb.

"Mənim avtomobilim. İyun, 2018"

Bəzi qadınlar isə sürücülük kursu kitablarının şəkillərini bölüşüblər.

Paylaşımını ötürün X, 2
X məzmununa icazə varmı?

Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu X, 2

"Avtomobil sürəyəcəm".

Bir tvitdə qeyd olunub: "Özlərinə qadınlara aid məsələlərə qarışmaq hüququnu tanıyan kişilər məzlumdurlar".

Paylaşımını ötürün X, 3
X məzmununa icazə varmı?

Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu X, 3

Səudiyyə Ərəbistanı qadınların sürücülük etməsi qadağan olan yeganə ölkə idi. Səudiyyəli qadınlar bu qaydaya illərdir etiraz edirdilər.

Qaydalara riayət etməkdən imtina edən bəzi qadınlar avtomobi idarə etdikləri üçün həbs cəzasına məhkum edilmişdilər.

Ölkədə keçən ilin sonundan etibarən Şahzadə Məhəmməd bin Salman tərəfindən sosial dəyişiklik dalğası həyata keçirilir.

Ötən ay ölkədə 35 ildən sonra ilk kinoteatr açılıb.