Səudiyyə qadınları ilk dəfə səsvermədə iştirak edib
Səudiyyə qadınları şənbə günü keçirilmiş yerli seçkilərdə ilk dəfə olaraq səsvermənin dadını hiss ediblər.
Artıq ölkədə qadın namizədin seçilməsi də reallaşıb.
Bəzi tanınmış qadın fəallar seçkilərdə namizədliyini irəli sürdükdən sonra problemlərlə qarşılaşıb.
Qadınlar hələ də seçilmiş kişi namizədlərlə müqayisədə sayca çox az olsa da bu, Səudiyyə Ərəbistanındakı fəal qadınlar üçün bir növ təkan olub.