Məktəbə silahlı hücum: ölənlər arasında uşaqlar da var

Şəklin mənbəyi, EVN
ABŞ-ın Florida əyalətində Parkland şəhərində orta məktəblərin birinə silahlı hücum olub.
Florida polisi hücumda ən azı 17 nəfərin öldüyünü, hadisə yerindən qaçan hücumda günahlandırılan şəxsin saxlandığını açıqlayıb.
Stoneman Douglas adlı orta məktəbdə baş verən hücumla əlaqədar açıqlama verən Broward polisi Scott Israel ərazidəki insanlara qaçan hücumçu haqqında xəbərdarlıq edib.

Şəklin mənbəyi, Reuters
Polis həmçinin 14 nəfərin müalicə üçün xəstəxanalara aparıldığını da deyib.
Scott Israel açıqlamasında deyib ki, məktəbə hücum edən keçmiş şagird olub. O, bir tüfəng və çox sayda sursatla məktəbə gəlib.
Polisin açıqlamasına görə, hücum edən şəxs məktəb binasına girərkən 3 nəfəri, məktəbin içində isə 12 nəfəri öldürüb.
İki nəfərin isə xəstəxanaya aprıldıqdan sonra orada öldüyü bildirilib.

Şəklin mənbəyi, Reuters
Yeni ildən bəri həyata keçirilən 18-ci hücum
Hər yerdə silah təhlukəsizliyi (Everytown for Gun Safety) adlı bir təşkilatın hazırladığı bir araşdırmaya görə, bu hücum 2018-ci il başlayandan bəri həyata keçirilən 18-ci hücum olub.
Qurum eyni zamanda bildirib ki, 2013-cu ildən bəri ABŞ-da 290 hücumun olduğunu açıqlayıb.
Bu təqribən hər həftə bir hücumun olduğu deməkdir.





