Hindu kraliçası haqqında filmin premyerası Hindistanda iğtişaşlara səbəb olub

Hindistan boyu kinoteatrların mühafizəsinə minlərlə polis əməkdaşı cəlb olunub.
Şəklin alt yazısı, Hindistan boyu kinoteatrların mühafizəsinə minlərlə polis əməkdaşı cəlb olunub.

Hindistanın bəzi bölgələrində Bollywood filminin ekranlara buraxılışı ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib.

Padmaavat adlı həmin film bir neçə ay çəkən zorakı etirazlara səbəb olub, bu səbəbdən filmin premyerası iki ay yubadılıb.

Paytaxt Dehlinin kənarında məktəb avtobusuna hücum edildikdən sonra bəzi məktəblər bağlanıb, bəzi ştatlar isə kinoteatrlarda bu filmin göstərilməyəcəyini bildirib.

Sərt xətt tərəfdarı olan Hindu qrupu iddia edir ki, həmin filmdə Hindu kralicasının müsəlman hökmdarı ilə eşq münasibətləri təsvir edilib və bu, onların mədəniyyətini hörmətdən salır.

Etirazçılar avtomobillərə od vurur, kinoteatrlara hücum çəkir və filmin nümayişinin qadağan edilməsini tələb edir.

Çərşənbə günü etirazçı dəstələr Dehli yaxınlığında məktəbliləri daşıyan avtobusa hücum edib.

Avtobus daşqalaq edilib, məktəblilər oturacaqların altında gizlənməli olub, onlardan heç kim yaralanmayıb, lakin bir neçə avtobus yandırılıb.

Lakin məktəb avtobusuna hücum edilməsi xəbəri ikrahla qarşılanıb.

Hindistan boyunca bir çox kinoteatr zorakılqdan ehtiyat edərək filmi nümayiş etdirməyəcəklərini bildirib.

Lakin filmə baxanlardan bəziləri filmdə ziddiyyətli bir şey görmədiklərini bildiriblər..

"Bütün bu hay-küy yersizidr", - filmə baxmış tamaşaçılardan biri BBC-yə deyib.

Hindistanın Ali Məhkəməsi təhlükəsizlik səbəbləri ilə bağlı filmin qadağan edilməsi barədə 4 ştat tərəfindıən irəli sürülmüş müraciəti rədd edib.

Filmdə baş rolları Bollywood ulduzları Deepika Padukone və Ranveer Singh ifa ediblər.

Kinoəsər 14-cü əsrə aid əhvalatlardan bəhs edir: müsəlman imperatoru Ələddin Xilci-nin hinduların Racput kastasından olan kraliça Padmavatiyə aşiq olduğundan, onun krallığına hücum edir.

Hindu qrupları və Racput castası təşkilatı iddia edir ki, filmdə müsəlman imperatorun Hindu kraliçası ilə yaxınlığa girmək barədə röyalarını təsvir edən səhnələr var.

Lakin filmin rejissoru Sancay Lila Bhansali bildirib ki, qeyd olunan səhnələr filmdə yoxdur.

Bəzi kinoteatrlar filmi nümayiş etdirməyəcəklərini bildirib.
Şəklin alt yazısı, Bəzi kinoteatrlar filmi nümayiş etdirməyəcəklərini bildirib.
A car burns during a protest against the release of Bollywood movie "Padmavat", in Bhopal on 24 January 2018.

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Padmaavat filmi Hindistanda zorakı etirazlara səbəb olub.