Şəkillər: 2017-ci ilin Astronomy Photographer mükafatının qalibləri
Astronomiya sahəsində çəkilmiş fotoşəkillərin müsabiqəsində birinci yerə Artem Mironov layiq görülüb. Onun çəkdiyi şəkildə Rho Ophiuchi Bulud Kompleksində qaz və tozdan əmələ gələn buludlar əks olunub.

Ulduzlar və dumanlar
Mironov "Ulduzlar və dumanlar" kateqoriyasında qalib gəlib və ən yaxşı fotoya görə müsabiqənin əsas mükafatı olan Insight Astronomy Photographer of the Year 2017 mükafatına layiq görülüb.
Həmin şəkil Namibiyada, Gamsberg dağı yaxınlığında çəkilib.
Bu duman planetimizdən təxminən 400 işıq ili məsafəsində yerləşsə də, Günəş Sisteminə ən yaxın yerləşən dumanlardan biridir.

Şəklin mənbəyi, Artem Mironov
"Bu fotoda rəng və fakturanın qəribə tərzdə qarışığnı görmək olur. Fəzanın bu güşəsi astrofotoqraflar arasında olduqca populyardır. Şəkildə qaz və toz burulğanları mistik görünüşə malikdir", - münsiflər heyətinin üzvü, astronom, doktor Marek Kukula deyib.

Şəklin mənbəyi, Andras Papp
Biz sutkada 24 saatın olduğunu düşünürük, lakin reallıqda sutkada 23 saat 56 dəqiqə 4 saniyə var. Məhz bu vaxt ərzində Yer kürəsi öz oxu ətrafında bir dövrəni tamamlayır. Həmin müddətə "ulduz sutkası da" deyilir.
Andras Papp "ulduz sutkası ərzində" ulduzların cızdığı izi, çəkdiyi fotosunda göstərə bilib. Ulduzların trayektoriyası konsentrik çevrələr formalaşdırıb. Bu fotoya görə müəllif ikinci mükafata layiq görülüb.

Qütb parıltıları
Ötən ilin oktyabr ayında Mikkel Beiter İslandiyanın Stokksnes dəniz sahilində dalğaları müşahidə edərkən ətrafdakı dağların üzərindən buludların çıxdığını görüb. Nəticədə, onun bu kateqoriyada 1-ci yeri tutmuş Şimal Qütb Parıltısının təsvirini fotoqraf kamerasına çəkə bilib.

Şəklin mənbəyi, Mikkel Beiter
İkinci yeri tutmuş Kamil Nureev yaşıl rəngə çalan Şimal Qütb Parıltısını Sibirdə tundra meşəsi üzərində lentə alıb.

Şəklin mənbəyi, Kamil Nureev

Qalaktikalar
Oleg Bryzgalov-un 1-ci yeri trutmuş fotosunda spiralvari Messier 63 qalaktikası əks olunub.

Şəklin mənbəyi, Oleg Bryzgalov
Bryzgalov şəkillərini Bolqarıstanda yerləşən Rozhen observatoriyasından çəkib.

Şəklin mənbəyi, Bernard Miller
Bernard Miller-in çəkdiyi şəkildə isə NGC 7331 qalaktikası təsvir olunub.
Bu qalaktika Yer kürəsindən 40 milyon işıq ili məsafəsində, Pegasus bürcündə yerləşir.

Bizim Ay
Bu kateqoriyada Laszlo Francsics-in çəkdiyi foto birinci yerə layiq görülüb.
Ayın səthində görünən kraterlərin azı 108 milyon il yaşı var.

Şəklin mənbəyi, Laszlo Francsics
Bu kateqoriyada ikinci yerə Jordi Delpeix Borrell-in çəkdiyi şəkil layiq görülüb.
Həmin şəkildə Ayın üzü böyüdülmüş çapda təsvir olunub.

Şəklin mənbəyi, Jordi Delpeix Borrell

Bizim Günəş
2016-cı il mayın 9-da Merkuri planeti Yer ilə Günəş arasında hərəkət edib.
Bu kateqoriyada qalib gələn fotonu Alexandra Hart çəkib.
Həmin şəkildə Merkuri planetini Günəşin fonunda qara nöqtə kimi görmək mümkündür.

Şəklin mənbəyi, Alexandra Hart
Eric Toops tərəfindən çəkilmiş şəkillərdə isə Günəş səthi, Günəşin üzündəki püskürtülər və ləkələr əks olunub.

Şəklin mənbəyi, Eric Toops

İnsan və məkan
Yuri Zvezdny-nın bu kateqoriyada birinci mükafata layiq görülmüş fotosunda insanın gecə səmasında Kəhkəşanı seyr etməsi göstərilib.
Şəkil Argentinada, Los Glaciares Milli Parkında, White Stones buzlağında çəkilib.

Şəklin mənbəyi, Yuri Zvezdny
Bu kateqoriyada ikinci yeri tutmuş astrofoqraf Kurt Lawson istədiyi nəticəyə nail olmaq üçün 50 kg çəkisi olan avadanlığını California ştatında, Yosemite Milli Parkındakı Watkins dağının zirvəsinə qaldırmalı olub.
Bundan sonra o, kamerasında ekspozisiya rejimini uzun müddətə kökləyib və istədiyi təsviri əldə edə bilib.

Şəklin mənbəyi, Kurt Lawson
Fotoqrafın kamerasındakı ekpozisiya müddəti 64 dəqiqə çəkib.

Planetlər, kometalar və asteroidlər
Roger Hutchinson-un kompozisiya üslubunda hazırlanmış bu fotosunda Venera planetinin müəyyən zaman kəsiyində dəyişən görüntüləri əks olunub.
2016-il sentyabrın 25-də çəkilmiş ilk təsvirdə planet səthinin 86,6 faizi işıqlıdır, sonuncu fotoda isə işıq planet səthinin yalnız 1 faizinə düşür.

Şəklin mənbəyi, Roger Hutchinson
Bu şəkildə isə Tunç Tezel Mars və Saturn plantelərinin 11 ay ərzində gecə səmasında yerdəyişmələrini lentə alıb.

Şəklin mənbəyi, Tunç Tezel

Göy üzü
Bu kateqoriyada Haitong Yu-nun çəkdiyi foto birinci yerə layiq görülüb. Çinin Milli Astronomiya Observatoriyasından çəkilən bu şəkildə Kəhkəşanın axşamçağı görüntüsü əks olunub.

Şəklin mənbəyi, Haitong Yu
Zhong Wu tərəfindən çəkilmiş şəkildə başıqarlı Meili dağlar cərgəsinin üzərindən şüa saçan ulduz seli görüntüsü təsvir olunub. Bu dağların zirvə nöqtəsi Çinin Yunnan vilayətində yerləşir.
Tibet buddistləri üçün bu dağlar müqəddəs məna daşıyır.

Şəklin mənbəyi, Zhong Wu

Bütün fotoşəkillər Insight Astronomy Photographer of the Year fotomüsabiqəsi təşkilatçıları və Royal Observatory Greenwich tərəfindən təqdim olunub.






