İlin ulduz yağışı: Perseid meteorit yağışı britaniyalıların çəkdiyi şəkillərdə

Perseid above the Jill Windmill in West Sussex

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Bazar günü ulduz yağışı Britaniyanın Qərbi Sussex bölgəsində də, Jill yel dəyirmanı üzərində qeydə alınıb.

13 avqust gecəsi planetimizin müxtəlif hissələrində Perseid adı daşıyan meteorit yağışı müşahidə edilib. Həmin astronomik hadisəni Britaniyada da izləyənlər olub.

Ulduz yağışının pik fazası şənbə gecəsinə düşüb. Perseid meteorit yağışı hər il iyul-avqust aylarına təsadüf edir. Bu, Yer planeti trayektoriyasının Swift-Tuttle kometası hissəciklərindən ibarət toz kütləsi ilə kəsiməsi zamanı baş verir.

Perseid on Exmoor

Şəklin mənbəyi, @KeithTrueman

Şəklin alt yazısı, BBC-dən Keith Trueman ulduz yağışını Kəhkəşan fonunda İngiltərənin cənub-qərbində, Exmoor bölgəsində çəkib.
Perseid in Chilton, Oxfordshire

Şəklin mənbəyi, Bob Girling

Şəklin alt yazısı, Bob Girling bu ulduz yağışını Chilton, Oxfordshire -də lentə alıb.
Perseid

Şəklin mənbəyi, Michiko Smith

Şəklin alt yazısı, Michiko Smith bu fotonu Normanton, West Yorkshire-də yerləşən evinin arxa bağından çəkib.
Perseid

Şəklin mənbəyi, Alan Saunders

Şəklin alt yazısı, Alan Saunders meteorit yağışını Exeter yaxınlığında yerləşən evindən çəkə bilib
Perseid

Şəklin mənbəyi, Darren Felgate

Şəklin alt yazısı, BBC oxucusu Darren Felgate bu fotonu Scarborough, Şimali Yorkshire-də yerləşən evinin bağından çəkib
Perseid

Şəklin mənbəyi, Brian Gibson

Şəklin alt yazısı, Brian Gibson ulduz yağışını Glasgow yaxınlığındakı evindən izləyib. Onun çəkdiyi şəkildə ulduz yağışı Böyük Ayı bürcü fonunda baş verir.

Mütəxəssislər bildirirdilər ki, Ay 3-cü fazasında olduğundan bu il Perseid ulduz yağışını müşahidə etmək nisbətən çətin olacaq. Lakin sinoptiklərin qeyd etdiyi kimi, havaların yaxşı keçməsi ulduz yağışı həvəskarlarının karına çatdı.

Birləşmiş Krallığın Populyar Astronomiya Cəmiyyətinin vitse-prezidenti Robin Scagell-in sözlərinə görə, meteor yağışının intensivlik piki avqustun 12-ə təsadüf edib. Bununla belə, bu astronomik hadisəni avqustun 20-dək müşahidə etmək mümkün olacaq.

Onun təbirincə, meteoritlər, şəhər ərazisindən uzaq olan nöqtələrdən daha yaxşı görünür.

Perseid

Şəklin mənbəyi, Barry Bird

Şəklin alt yazısı, Barry Bird bu fotonu Winchcombe, Gloucestershire-də çəkib. Şəkildə Perseid ulduz yağışı Ülkər ulduz toplusu və Venera planeti fonunda lentə alınıb.
Perseid

Şəklin mənbəyi, John-Paul Brophy

Şəklin alt yazısı, John-Paul Brophy bu fotonu Beachy Head, Eastbourne-da çəkib
Perseid

Şəklin mənbəyi, Mike Driscoll

Şəklin alt yazısı, Mike Driscoll meteoritin Böyük Ay bürcü fonunda düşdüyü anı kamerasına çəkə bilib. Şəkil Ashurst, Hampshire-də çəkilib.
Perseid

Şəklin mənbəyi, John Cooper

Şəklin alt yazısı, John Cooper, Leicestershire yaxınlığında yaşadığı evinin bağından başının üzərində göyü çəkib.