Sidneyli gəlin gül buketi yerinə donutlardan hazırlanmış buketlə evlənib

Şəklin mənbəyi, PAige burgess
Toy çiçəkləri gəlinlərin əksəriyyəti üçün mühüm günün ayrılmaz hissəsi olaraq görülsə də, avstraliyalı gəlin öz əhdinə görə qeyri-adi bir seçim edib.
Sidneydən olan 23 yaşlı Paige Kirk qənnadı məmulatları ilə bəzədilmiş buketlərlə rəfiqələrini təəccübləndirib.
"Mən və yoldaşım Steven bunun daha əyləncəli, fərqli və səmimi olacağını düşündük", - o BBC-ə bildirib.
Donutların cəlbedici görünməsinə baxmayaraq, toy şənliyindəki insanlar gün ərzində onları yeməmək üçün özlərini saxlayıb, gəlin bildirib.
"Başqa çoxlu gözəl şirniyyatlar da var idi, buna görə də, biz onları yemək üçün çox tox idik."

Şəklin mənbəyi, PAIGE BURGESS
Buketlər, çiçək hədiyyələrinə alternativ yaratmaq istəyən bir şirkət tərəfindən bir yarışmada hədiyyə olunub. Lakin Paige bu qeyri-adi yeməli buketləri istifadə edən ilk gəlin olub.
Reaksiyalar barəsində soruşanda, o deyib ki, qonaqlar "onları çox bəyəniblər".
"Hər kəs bunun gülməli olduğunu düşündü və məkandakılar buna inana bilmirdi", o bildirib.
"Gəlinlər daha rahat və əyləncəli olmalıdırlar!"
Bu məqalədə Instagram məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Instagram kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu Instagram
Steven və Paige bir-birini beş ildir ki, tanıyır və onlar üç ildir ki, birlikdədirlər.
"Biz toyumuzun bir az fərqli olmağını və cütlük kimi özümüzü əks etdirməyini istəyirdik", - o izah edib.
Ancaq o aldığı reaksiyalardan təəccübləndiyini etiraf edib, belə ki, şənbə günündən etibarən minlərlə insan onun və rəfiqələrinin qeyri-adi buketlərlə olan şəkillərinə şərhlər yazıblar.





