Jurnalist Natiq Cavadlının ölkədən çıxışına qadağa qüvvədə qalıb

Şəklin mənbəyi, Natiq Cavadli

Jurnalist Natiq Cavadlının ölkədən çıxışına qoyulan qadağa qüvvədə qalıb.

"O, Meydan TV işi ilə bağlı açılan cinayət işində ifadə verib," vəkil Elçin Sadıqov bildirib.

Nəsimi rayon Məhkəməsində hakim Elman İsayevin sədrliyi ilə keçirilən prosesdə jurnalistin iddiası təmin edilməyib.

2015-ci ilin yayından bəri Meydan.TV xəbər saytının vəzifəli şəxsləri barəsində qanunsuz sahibkarlıq-külli miqdarda gəlir əldə etməklə, külli miqdarda vergiləri ödəməkdən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə-seçkilərin və ya referendumun nəticələri saxtalaşdırmaqla və ya ağır nəticələrə səbəb olduqda maddələri ilə istintaqı aparılır.

Cənab Sadıqovun sözlərinə görə, jurnalistin ölkədən çıxışına 1 ildir qadağa qoyulub.

Natiq Cavadlı da daxil olmaqla, Meydan TV ilə əməkdaşlıq edən digər jurnalistlərə də ölkədən çıxış qadağası qoyulub, lakin cinayət işinin maddələri ilə bağlı heç bir rəsmi açıqlama verilməyib.

2015-ci ilin sentyabr ayında Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov bildirib ki, Meydan TV də daxil olmaqla, bir sıra xarici media orqanlarının "ölkə daxilində qeyri-qanuni fəaliyyət göstərdiyini" bildirib.

Həmçinin oxuyun: <link type="page"><caption> Hakimiyyət Meydan TV jurnalistlərinin saxlanılmasını izah edir</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2015/09/150921_meydan_tv_journalists" platform="highweb"/></link>