F1: Bakı Halqası igidlik tələb edir - Lewis Hamilton

Şəklin mənbəyi, AP
Mersedes komandasından Lewis Hamilton deyir ki, o, Bakının Formula 1 trekinin "çətinliyindən" həzz alıb.
Dünya çempionu cümə günü axşamı Azərbaycanda keçirilən Avropa Qran-Prisi məşqləri zamanı komanda yoldaşı Nico Rosbergdən 0.7 saniyə daha sürətli olub.
"Trekin Monakodakı kimi künc kombinasiyaları vardır və çıxışda, doğrudan da künc maneələrinə dəyə bilərsən, bu isə təhlükəlidir," o deyib.
"Ürəyim ağzıma gəlmişdi", Hamilton məşqdən sonra söyləyib.
Hamilton deyir ki, ən uzun düz trekdə saatda 220 metr sürətlə hərəkət etmək cəsarəti öz bəhrəsini verib.
"Biz əsas düz trekdə də və digərlərində də saatda 200 metr sürət yığırıq."

Şəklin mənbəyi, Getty
"Birinci Dönüşə baş vuraraq düz gedə bilərsiniz. Lakin Üçüncü Dönüşdə küncə dəysən, bacarmasan, divardasan. Yəni, doğurdan da özünəinam lazımdır."
Bəzi sürücülər bəzi döngələrdə mərkəzdən qaçma sahələrinin olmamasından narahatlıq ifadə edib və bu məsələni cümə günü axşamı sürücülərin iclasında Beynəlxalq Avtomobil Federasiyanın F1 direktoru Charlie Whiting-lə müzakirə edib.
Lakin Hamilton bildirib: "Mən çox şadam. Dəqiq bir şey var ki, bu sürücülər çox şey haqda gileylənirlər. Düz sözümdü."
"Düz trek doğrudan kələ-kötürdür və doğrudan da Birinci Döngəni görmürsən. Çox çətindir, amma bu yarışın bir hissəsidir."
"Onlar istəyir ki, yollar hamar olsun, heç bir döngə və ya kələ-kötürlük olmasın. Onlar yollardan bütün maneələrin götürülməsini istəyir."
"İnanın ki, belə şeyləri deyən adamlar olacaq, amma mən sadəcə burada oturub güləcəyəm."
Lakin Rosberg bildirib ki, Hamilton da təhlükəsizlik - xüsusilə, girişdəki çökəklər barədə şəxsi iradlarını bildirib.

Şəklin mənbəyi, Getty
"Trekdə sürmək əladır. Onlar yaxşı iş görüblər," Rosberg bildirib, "amma bir neçə yer var ki, həddən artıq risklidir".
"Girişdə çökəklik var", deyən Rosberg qeyd edib ki, bu yerin düzəldilməsi ehtiyacı barədə sürücülərin iclasında müzakirələr aparılacaq.
McLaren komandasından Jenson Button da cənab Whiting-ə təhlükəsizlik problemləri barədə fikirlərini söyləyib.
"Bu səhər Charlie ilə danışmışam və o məni inandırdı ki, bütün yoxlamalar aparılıb və düzgün ölçmələrdən istifadə olunub."
"Amma Halqada sürüşlər istədiyimiz kimi dəyişməyəcək, çünki divara çırpılmamışam və buna görə də onun necə bir hiss olduğunu da bilmirəm. Çırpılmayana qədər bilmirsən o hissi."




