Formula 1 yarışları haqqında bunları bilməlisiniz

Şəklin mənbəyi, Getty
Bu həftəsonu Formula 1-in ilk Bakı Qran Prisi keçiriləcək. Xalların verilməsi, mərhələlər, bayraqlar və digər mühüm qaydaları bilmirsinizsə, bu yazı sizin üçündür.
2016-cı ildə 21 yarış keçirilir. İlk yarış martın 20-də Avstraliyada olub, son yarış isə Əbu Dabidə nouabrın 27-də keçiriləcək.
XALLAR
Hər yarışın qalibi 25 xal qazanır. 10-cu yeri alan isə 1 xal alır.
Yarışlar həftəsonu keçirilir və 3 məşq yarışından, kvalifikasiya yarışından və yarışın özündən ibarətdir.
MƏRHƏLƏLƏR
Cümə günü – İki 90 dəqiqəlik məşq yarışı
Şənbə günü – Bir 60 dəqiqəlik məşq yarışı; bir 60 dəqiqəlik kvalifikasiya yarışı
Bazar günü – Bir final yarış
Kvalifikasiyanın 3 mərhələsi olur:
- Q1 – sürücülərə 18 dəqiqə vaxt verilir ki, bir dövrəni ən qısa bir zamanda etsinlər. Raundun sonunda ən sürətsiz 6 maşın yarışdan çıxarılır və yarışı axırıncı 6 yerdə başlayacaq
- Q2 – qalan sürücülərə 15 dəqiqə vaxt verilir, onlardan sonuncu 6 maşın yarışdan çıxarılır və yarışı 11-16 yerlərdə başlayacaq
- Q3 – Kvalifikasiya raundunun son mərhələsində maşınlar 12 dəqiqə ərzində halqanı dövriyyə edir və qalan start yerləri müəyyən olunur.
Yarışın özü 2 saatdan çox ola bilməz – amma “qırmızı bayraq” olsa, yəni yarış dayandırılsa, 4 saatdan çox davam edə bilməz.
BAYRAQLAR
Sürücülərə mühüm mesajları çatdırmaq üçün bayraqlardan istifadə olunur.

Şəklin mənbəyi, Getty
Sarı bayraq: Yavaşla, ötüb keçmə
Yaşıl bayraq: Trek açıqdır
Qırmızı bayraq: Yarış dayandırılır
Göy bayraq: Daha sürətli maşın ötüb keçmək istəyir
Ağ-qara bayraq: Yarış bitib
Qara bayraq və maşının nömrəsi: Yerinə qayıt/ diskvalifikasiya
KOMANDALAR VƏ SÜRÜCÜLƏR
2016-cı ildə keçirilən F1 yarışlarında 11 komanda iştirak edəcək. Hər komanda yarışlarda iştirak edəcək 2 sürücü seçir. Onlar fərdi olaraq sürücülərin çempionatında iştirak edir, ümumi xallar isə konstruktorların çempionatı üçün komandalara görə hesablanır.

Şəklin mənbəyi, Getty
Mövsümün sonunda ən çox xal qazanan sürücü və komanda dünya çempionu olur.
Hazırkı çempion sürücü: Lewis Hamilton (2008, 2014, 2015)
Yarışlarda daha 4 keçmiş çempion iştirak edir: Sebastian Vettel (2010, 2011, 2012 və 2013 qalibi), Fernando Alonso (2005 və 2006 qalibi), Kimi Raikkonen (2007 qalibi) və Jenson Button (2009 qalibi).
Hazırkı çempion konstruktorlar: Mercedes. Bu komanda ötən il 19 yarışdan 16-da qalib gəlmişdi.
TARİX
Formula 1 Dünya Çempionatı 1950-ci ildə başlayıb.
İlk çempion 44 yaşlı Giuseppe Farina olub, konstruktorlar arasında isə ilk çempion 1958-ci ildə seçilib – Vanwall.
Hazırda ən çox qalib gələn sürücü Michael Schumacherdir – o, 7 dəfə çempion olub və 91 yarışda qalib gəlib. Ferrari isə konstruktorlar arasında rekorda sahibdir: bu komanda 221 yarışda qalib gələrək 16 dəfə çempion olub.




