Bernie Ecclestone: "Kim bilir ki, insan haqları nədir?!"

Şəklin mənbəyi, EPA
Formula 1 rəhbəri Bernie Ecclestone Azərbaycanda jurnalistlərin təqib olunmasını şərh edərək deyib ki, "Elə də olmalıdır".
85 yaşlı cənab Ecclestone Bakıda jurnalistlərə danışarkən bunu deyib.
Bundan əvvəl fəallar jurnalistlərin həbs olunduğu və insan haqları pozuntularında ittiham olunan ölkədə Formula 1 yarışmasının keçirilməsi ilə bağlı narahatlıqlarını bildiriblər.
Bu barədə jurnalistlərin qeydlərinə münasibət bildirən Bernie Ecclestone deyib: "Elə də olmalıdır. Baxır onlar [jurnalistlər] nə deyir. Deyirsiniz ki, onlar mənfi şeylər yazır. Baxır onlar nə yazır".
O, həmçinin əlavə edib ki, korrupsiyanın olduğu ölkədə yarış keçirilməsə "deyin görum, onda harada yarış keçirək?"
Cənab Ecclestone insan haqlarının nə olduğunu sual edib: "Adamlar mənə izah etsələr ki, insan haqları nədir, onda deyə bilərik ki, necə, niyə və nə vaxt onlar tətbiq olunmalıdır. Kim bilir, insan haqları nədir?"
Ötən il Formula 1 təşkilatı “İnsan Haqlarına Hörmətə Öhdəlik Bəyannaməsi” çap etsə də, bu, Bakıdakı yarışlara təsir etməyib, Britaniyanın "The Independent" qəzeti yazır.
Azərbaycanda insan haqlarına diqqəti yönəltmək məqsədilə yaradılmış "İnsan Haqları naminə İdman" təşkilatı Bernie Ecclestone-u insan haqları ilə bağlı vəziyyətə münasibət bildirməyə səsləyib.
"Biz Formula 1-in rəhbəri Bernie Ecclestone-u Azərbaycanda insan haqları ilə bağlı məsələlər barədə fikir bildirməyə və siyasi məhbusların azadlığa buraxılmasını istəməyə çağırmışıq", deyib kampaniyaçı qrupun əlaqələndiricisi Rebecca Vincent.
"Biz ona açıq məktub yazmışıq, lakin hələlik açıq cavab olmayıb".




