F1: Bakı halqasında təhlükəsizliklə bağlı narahatlıq

Şəklin mənbəyi, Getty
Bir neçə dəfə təkərlərin bordürlərə dəyərək deşilməsi Bakıdakı yeni Avropa Qran Pri halqasında təhlükəsizliklə bağlı narahatlığa səbəb olub.
Cümə günü ikinci məşq sessiyasının baş tutmayacağı ilə bağlı narahatlıq olsa da, danışıqlardan sonra buna icazə verilib.
İlk sessiyada sol arxa təkərlər daha çox təsirə məruz qalıb və mütəxəssislər QP2 məşqlərini təxirə salmağı istəyiblər.
Dəqiq hansı bordürlərin problemə səbəb olduğu məlum deyil.
Bir komandanın baş mühəndisi hesab edir ki, problem yeni salınmış halqada ənənəvi rezin əvəzinə dəmir bordürlərdən istifadə olunması ilə bağlıdır.
Lakin eyni zamanda problemin bordürləri bərkitmək üçün istifadə edilmiş boltlarla bağlı olduğu da iddia olunur.
Bəzi mütəxəssislər onların çox kiçik olduğunu deyirlər.
