Hüquqşünas: “Azərbaycanda seçkilərlə bağlı şikayətlərin sayı artıb”

- Müəllif, Seymur Kazımov
- Vəzifə, Strasburqdan BBC Azərbaycanca üçün
Avropa Məhkəməsində Azərbaycanla bağlı 1500 iş var, hüquqşünas Vüqar Fətəliyev deyir.
“Onlardan 500-ə yaxını Qarabağla bağlıdır, yerdə qalanı isə ədalət mühakiməsi, toplaşma azadlığı, qeyri-insani rəftar, azadlıqdan məhrum etmə ilə bağlıdır,” Avropa Məhkəməsi Katibliyinin hüquqşünası deyir.
Qarabağla bağlı Azərbaycandan olan qaçqın və məcburi köçkünlərin Ermənistana qarşı da 600-ə yaxın işi var. Bunların əksəriyyəti isə mülkiyyət hüququnun pozulması ilə bağlı işlərdir.
Mülkiyyətlərinin zərər gördüyü iddiasıyla Ermənistana qarşı Avropa Məhkəməsinə müraciət etmiş Laçından olan Çıraqovlar ailəsi və Azərbaycana qarşı iddia ilə müraciət etmiş Sarkisyan ailəsinin işinə iyun və sentyabr aylarında baxılması nəzərdə tutulub.
“Bu iş əvvəlcədən paralel getdiyi üçün, ola bilsin ki, icra məsləsinə də eyni qaydada baxılsın,” hüquqşünas deyib.
Onun sözlərinə görə Azərbaycanda seçkilərlə bağlı şikayətlərin sayı da artıb. “2005-ci ildə bu rəqəm 60 idisə, 2010-cu ildə 100-ə çatıb”.
İlqar Məmmədovun işi
Vüqar Fətəliyev həbsdə olan Respublikaçı Alternativ hərəkatının lideri İlqar Məmmədovun da işinə aydınlıq gətirib.

Onun sözlərinə görə İlqar Məmmədovla bağlı icrada problem var və Avropa Məhkəməsinin İcra Departamenti Azərbaycan hökuməti ilə danışıqlar aparır.
“Məhkəmə artıq öz işini görüb, bundan sonrakı mərhələyə İcra Departamenti baxır. Məhkəmənin hökumətə birbaşa təsir mexanizmi yoxdur. Bu məsələ ilə İcra Departamenti məşğul olur və qərarların icrasına Avropa Şurasının Nazirlər Komitəsi nəzarət edir,” o bildirib.
<bold>Həmçinin oxuyun</bold>: <link type="page"><caption> AŞPA sədri həbsxanada İlqar Məmmədovla görüşüb</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2016/03/160301_agramunt_mammadov_meeting.shtml" platform="highweb"/></link>
2014-cü ildə 7 il azadlıqdan məhrum edilmiş İlqar Məmmədovun şikayəti əsasında Avropa Məhkəməsinın <link type="page"><caption> çıxardığı qərara görə</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2014/05/140522_ilgar_mamedov" platform="highweb"/></link> cənab Məmmədov dərhal azad edilməlidir.
Azərbaycan Xarici İşlər Nazirliyi isə bu qərarı “qəbuledilməz” adlandırıb.




