AŞPA sədri həbsxanada İlqar Məmmədovla görüşüb

Şəklin mənbəyi, Other
Avropa Şurası Parlament Assambleyasının prezidenti Pedro Agramunt həbsxanada REAL hərəkatının sədri İlqar Məmmədovla görüşüb.
AŞPA prezidenti görüşlə bağlı Twitter hesabında yazıb və İlqar Məmmədovla çəkdiyi şəklini paylaşıb.
İlqar Məmmədovun vəkili Cavad Cavadov BBC Azərbaycancaya bildirib ki, görüş əvvəlcədən planlaşdırılıb və görüş barədə öncədən də məlumat verilib.
"Bu, İlqar Məmmədovun həbsdə olarkən Agramunt-la üçüncü görüşüdür. Bundan əvvəl iki dəfə görüşüb. Lakin Agramunt-un AŞPA sədri statusunda ilk görüşüdür", vəkil bildirib.
Cavad Cavadov görüşün təfərrüatları barədə onda məlumatın olmadığını deyib.
"Gözləntilərimiz odur ki, o [Pedro Agramunt], AŞPA-nın sədri kimi İlqar Məmmədov barədə Avropa İnsan Haqları Məhkəməsinin qərarının icrasına öz töhfəsini versin və təmin olunmasında yardımçı olsun, İlqar bəy azad olsun", vəkil əlavə edib.

Şəklin mənbəyi, Twitter
Cənab Agramunt, İlqar Məmmədovla "onun məhkəmə işinin həll olunması üçün fəaliyyətləri davam etdimək" məqsədilə həbsxanada görüşdüyün yazıb.
Həmçinin oxuyun - <link type="page"><caption> Agramunt: Azərbaycanda siyasi məhbus rəqəmlərini "şişirdirlər"</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2014/05/140523_agramunt_interview" platform="highweb"/></link>
Pedro Agramunt fevralın 29-dan Azərbaycandadır və ölkə başçısı İlham Əliyev, digər rəsmi şəxslər və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb.
REAL Hərəkatının sədri İlqar Məmmədov 2013-cü il yanvar ayında İsmayıllı rayonunda kütləvi üsyanlarla nəticələnmiş keçmiş icra başçısının oğlu və yerli sakinlər arasında baş verən toqquşmalara görə həbs olunub.
Cənab Məmmədov 2013-cü il yanvar ayının 24-də İsmayıllıya gedərək rayon sakinləri arasında ictimai-siyasi sabitliyi pozmaqda ittiham olunub.
2014-cü ildə o, yeddi il müddətinə azadlıqdan məhrum edilib.




