Vəkil: "İlqar Məmmədova telefonla danışmağa icazə verilmir"

"Yayılmış məlumat doğrunu əks etdirmir. İlqar Məmmədov mütəmadi şəkildə telefonla danışmaq hüququndan istifadə edir", Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsi BBC Azərbaycancanın sorğusuna cavabında bildirib.
Vəkil Cavad Cavadovun məlumatına görə, REAL Hərəkatının həbsdə olan lideri İlqar Məmmədova 2 həftədir ki, yaxınları ilə telefon əlaqəsi saxlamağa icazə verilmir. Vəkil deyir ki, bu halın səbəbi 2 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyinin qadağasıdır.
"Qanuna görə, məhkum həftədə iki dəfə telefonla danışmaq hüququ var. Amma buna əməl edilmir", cənab Cavadov bildirib.
Cavad Cavadov məsələ ilə bağlı Pentinsiar Xidmətin rəhbərliyinə, Ombudsmana və Ədliyyə nazirliyinə rəsmi müraciət ünvanlayıb.
Penitensiar xidmət isə bildirib ki, İlqar Məmmədov sonuncu dəfə dünən, sentyabrın 22-də telefonla danışmaq hüququndan yararlanıb.
REAL Hərəkatının sədri İlqar Məmmədov 2013-cü il yanvar ayında İsmayıllı rayonunda kütləvi üsyanlarla nəticələnmiş keçmiş icra başçısının oğlu və yerli sakinlər arasında baş verən toqquşmalara görə həbs olunub.
O və Tofiq Yaqublu 2013-cü il yanvarın 24-də İsmayıllıya gedərək rayon sakinləri arasında ictimai-siyasi sabitliyi pozmaqda ittiham olunublar.
2014-cü ildə İlqar Məmmədov 7 il müddətinə <link type="page"><caption> azadlıqdan məhrum edilib</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2014/03/140317_ismayilli_court_sheki" platform="highweb"/></link>.
Onun digər vəkili<link type="page"><caption> Fuad Ağayev</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2015/07/150729_ilgar_mammadov" platform="highweb"/></link> daha öncə müsahibəsində deyib ki, İlqar Məmmədovun şikayətinə əsasən Avropa məhkəməsi iki qərar və bir qətnamə çıxarıb. Bu 3 qərarda Avropa Məhkəməsi Azərbaycan hakimiyyəti və Azərbaycan Ali hakimiyyətinə İlqar Məmmədovun dərhal azad olunmasına çağırış edib.
Azərbaycan Xarici İşlər Nazirliyi onunla bağlı Avropa Məhkəməsinin qərarlarını "qəbuledilməz" <link type="page"><caption> adlandırıb.</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2013/06/130614_european_parliament_call" platform="highweb"/></link>




