Azərbaycan və tanınmamış Qarabağ Müdafiə Nazirlikləri atəşi dayandırır

Dağlıq Qarabağın təmas xəttində baş verən atışmalarda hər iki tərəfdən 16 həbçi həlak olub

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, Dağlıq Qarabağın təmas xəttində baş verən atışmalarda hər iki tərəfdən 16 həbçi həlak olub

Azərbaycan və erməni qoşunlarının təmas xəttində aparılan hərbi əməliyyatların dayandırlması haqqında Azərbaycan və tanınmamış "DQR" Müdafiə Nazirlikləri rəsmi məlumat yayıb.

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, aprelin 5-də saat 12.00-dan etibarən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırılıb.

"Silahlı Qüvvələrimizin bölmələri azad edilmiş torpaqlarda möhkəmləndirmə işlərini həyata keçirir", məlumatda deyilir.

Tanınmamış Dağlı Qarabağın "Müdafiə Nazirliyi" isə bildirib ki, Azərbaycanla atəşkəs barədə razılığa gəlindikdən sonra orduya "atəşi dayandırmaq əmri verilib".

Dörd gün davam edən gərgin döyüşlərdən sonra, Azərbaycan bir neçə strateji cəhətdən mühüm ərazini geri aldığını bildirib. Azərbaycan tərəfi 31, Ermənistan isə 20 hərbçi itirdiyini bildirib.

Çərşənbə axşamı Vyanada görüşən ATƏT-in Minsk Qrupu ölkələrinin nümayəndələri bəyənat yayaraq təmas xətti boyunca gedən döyüşləri "qətiyyətlə pislədiklərini" bildiriblər.

"Bütün zərər çəkmiş ailələrə başsağlığı veririk. Tərəfləri güc tətbiqini dərhal dayandırmağa çağırırıq. Münaqişənin hərbi həlli yoxdur", bəyənatda deyilir.

Çərşənbə axşamı Azərbaycan Müdafiə Nazirliyinin məlumatında bildirilir ki, Ermənistan tərəfinin ən iri hərbi bazalarından biri sayılan, Ağdərə şəhərinə aparan əsas yol üzərində və onun şimalında yerləşən strateji baxımdan əhəmiyyətli Madagiz məntəqəsindəki hərbi bazanın qərargahı dəqiq zərbələrlə dağıdılıb.

Madagiz

Aprelin 5-nə keçən gecə Dağlıq Qarabağ “müdafiə nazirliyi” Azərbaycan qoşunlarının Madağis kəndini tutması haqqında məlumatı təkzib edib.

Madagizdə qərargahın dağılması Azərbaycanın faktiki olaraq "Ağdərə rayonu üzərində vəziyyətə nəzarət etməsi" deməkdir, hərbi şərhçi deyir.

Üzeyir Cəfərov BBC Azərbaycancaya bildirib ki, Madagizdə olan qruplaşma hazırda "başsız qalıb".

"Qərargah sıradan çıxıb, qoşunlar idarə olunmur, bütün kommunikasiya xəttləri və komanda heyəti sıradan çıxıb. Ermənistan tərəfi faktiki olaraq Ağdərəyə nəzarət imkanında deyil", cənab Cəfərov qeyd edib.

Aprelin 5-nə keçən gecə Dağlıq Qarabağın təmas xəttində baş verən atışmalarda hər iki tərəfdən 16 həbçi həlak olub, Ermənistan tərəfində daha 4 mülki şəxs dünyasını dəyişib, rəsmi məlumatlarda deyilir.

Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, ötən gün ərzində təmas xəttində gedən döyüşlərdə həlak olanların 6 nəfəri zabit və gizirdir. Daha 74 nəfər yaralanıb, 26 nəfər itkin düşüb.

Hər iki tərəf bütün gecə Dağlıq Qarabağ münaqişə bölgəsində gərginliyin səngimədiyini bildirir.

Aprelin 2-dən başlayan döyüşdə Azərbaycan ikisindən bu günə qədər

Azərbaycan

"Ermənistan tərəfi Xocavənd-Füzuli və Ağdərə-Tərtər istiqamətlərində qoşunların təmas xəttinə yaxın yaşayış məntəqələrini atəşə tutmaqda davam edir", Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir.

Məlumata görə, "Ermənistan ordusunun ən iri hərbi bazalarından biri sayılan, Ağdərə şəhərinə aparan əsas yol üzərində yerləşən və strateji baxımdan əhəmiyyətli Madagiz məntəqəsindəki hərbi bazanın qərargahı dəqiq zərbələrlə dağıdılıb."

Atışmalarda Ermənistan ordusunun 5 ədəd döyüş tankı heyətlə birlikdə "məhv edilib və hərbi əmlakla dolu 5-dək təkərli texnikasını sıradan çıxarılıb."

"Ümumilikdə aprelin 4-ü gün ərzində və aprelin 5-i səhər saatlarınadək qarşı tərəfin 20-dək hərbi texnikası tam sıradan çıxarılıb", məlumatda deyilir.

"Ağdamın Əhmədağa kənd sakini Qaraş Dadaşov, mal-qara otardığı vaxt atılan mərmilərdən birinin yanında partlaması nəticəsində dünyasını dəyişib", rayon sakini Valeh Məmmədov BBC Azərbaycancaya <link type="page"><caption> bildirib</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2016/04/160405_agdam_civil_death" platform="highweb"/></link>.

Ermənistan

Ötən gün ərzində Ermənistanda 16 hərbçi, 4 mülki şəsx həlak olub, 74 nəfər yaralanıb

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Ötən gün ərzində Ermənistanda 16 hərbçi, 4 mülki şəsx həlak olub, 74 nəfər yaralanıb

Ermənistan Müdafiə Nazirliyini mətbuat katibi Artsrun Hovhannisyan Facbook səhifəsində Azərbaycan silahlı qüvvələrinin “Smerç” tipli reaktiv yaylım atəş sistemindən istifadə etdiyini qeyd edib.

“Düşmən yaşayış məntəqələri və erməni döyüş mövqelərini pilotsuz uçan qurğulardan istifadə edərək atəşə məruz qoymaqda davam edib”, - Ermənistan MN rəsmisi bildirir.

Onun sözlərinə görə, pilotsuz uçan qurğulardan biri vurulub, Ermənistan ordusunun isə 7 tankı sıradan çıxarılıb.

“DQR müdafiə ordusu” əməliyyat şöbəsinin rəisi, polkovnik Viktor Arustamyanın jurnalistlərə təqdim etdiyi məlumata əsasən, “düşmən təmas xəttindən 200-300 metr irəli keçə bilib və Qazaxlar-Nüzgar istiqamətində - 5, Talış-Madağis istiqamətində - 3 postu tutub”.

Aprelin 5-nə keçən gecə Dağlıq Qarabağ “müdafiə nazirliyi” Azərbaycan qoşunlarının Madağis kəndini tutması haqqında məlumatı təkzib edib.

“Azərbaycan qüvvələrinin Madağis yaşayış məntəqəsini nəzarət altına alması haqqında məlumat həqiqətə uyğun deyil”, - bəyanatda deyilir.

Bu gün Vyanada Dağlıq Qarabağ münaqişənin tənzimlənməsi üzrə ATƏT-in Minsk Qrupunun iclası gözlənilir.

Aprelin 2-ə keçən gecədən başlayaraq Dağlıq Qarabağın cəbhə boyu rayonlarında "qızğın döyüşlər" başlayıb. Hər iki tərəfdən mülki və hərbi tələfat var.

Aprelin 3-də Azərbaycan tərəfi "atəşkəs elan etdiyini" bəyan etsə də, Ermənistan tərəfi bəyanatı “həqiqətə uyğun olmayan” adlandırıb.