Səfirlərin qiyamı: Azərbaycan diplomatları ölkəyə qayıtmaqdan niyə imtina edir?

Şəklin mənbəyi, Azertag

    • Müəllif, Seymur Kazımov
    • Vəzifə, Bakıdan BBC Azərbaycanca üçün

Azərbaycanda baş verən siyasi böhranın ardınca xarici ölkələrdəki səfirliklərdən daha çox diplomat geri çağrıla bilərmi?

Real görünür – çünki həmin səfirliklərdə Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları da xidmət aparır, təbii ki, onlar bu təşkilatlarda müəyyən vəzifələri tuturlar.

Ancaq onlardan neçəsinin vətənə qayıdacağı məlum deyil. Çünki MTN böhranından aylar öncə Azərbaycan hakimiyyəti diplomat böhranı yaşamağa başlayıb və geri çağrılan diplomatlar ölkəyə qayıtmaqdan imtina ediblər.

2015-ci ili Azərbaycan siyasi tarixi üçün önəmli edən əsas məsələlərdən biri “diplomatik qiyamlar” oldu.

Arif Məmmədovdan başlayan bu “qiyam”, daha sonra Niderland, Avstraliya və Fransadakı səfirliklərimizə qədər yayıldı.

İllərdir Azərbaycanın maraqlarını beynəlxalq aləmdə təmsil edən, qoruyan diplomatlar nə üçün ölkələrinə dönmək istəmir?

Şəklin mənbəyi, Arif Mammadov

Arif Məmmədovun 19 mayda Bakıda baş vermiş yanğın hadisəsi ilə bağlı yazdığı tənqidi status hakimiyyəti elə qəzəbləndirdi ki, onu hətta Zori Balayanla da müqayisə etdilər.

Mümkündür ki, hakimiyyətin səbrini daşıran məsələ Bakı-2015 Birinci Avropa Oyunları ərəfəsində beynəlxalq aləmdə Azərbaycanın ünvanına səslənmiş tənqidi fikirlər və xarici siyasət idarəsinin səriştəsizliyi olub.

Birincisi, Arif Məmmədovun məlum statusuna hakimiyyətin bu cür sərt reaksiyası adekvat deyildi, çünki məhz bu reaksiya məlum qiyamın əsasını qoydu. Bundan sonra onun yaxınlarına olan təzyiqlər nəticəsində diplomatik korpuslarda çalışan dostları ölkəyə qayıtmaqdan imtina etdilər.

İkinci bir tərəfdən, Məmmədov bu statusu ilə hakimiyyətə olan narazılığını ifadə etdi. Sual oluna bilər- bu şəxs 90-cı illərdən Azərbaycanı bir sıra beynəlxalq arenada təmsil edib və bugünədək narazılığını nə üçün ifadə etməyib? Narazılığını ifadə etdikdən sonra nə üçün könüllü qaydada istifa vermədi? Oxuyun: STY40479764Arif Məmmədov: "Prezidentliyə namizədliyimi istisna etmirəm"Arif Məmmədov: "Prezidentliyə namizədliyimi istisna etmirəm"Bakıda, may ayında binanın yanmasından sonra Facebook-da yazdığı statusla gündəmə gələn azərbaycanlı diplomat Arif Məmmədov BBC Azərbaycancaya müsahibəsində deyib ki, növbəti prezident seçkilərində namizədliyini verəcəyini istisna etmir. 2015-09-14T14:11:26+00:002015-09-14T15:36:03+00:002015-09-14T15:36:03+00:002015-09-15T09:42:23+00:00PUBLISHEDaztopcat2

Birbaşa Arif Məmmədovla əlaqəsi olmasa da, tarixdə bir təcrübə var. Diplomatlar daha həssas olurlar, dövlətdə çöküşə doğru hərəkətliliyi daha tez hiss edirlər. Hətta SSRİ dağılmaq üzrə olarkən, 80-ci illərin ortasında onlarla SSRİ diplomatı ölkəyə dönmədi, sığınacaq alıb qaldılar. İndi də buna bənzər hadisələr Azərbaycanda baş verir.

Təbii ki, Azərbaycan, SSRİ kimi dünyanın siyasi xəritəsindən silinə bilməz, lakin müasir beynəlxalq münasibətlər sistemində ölkə olaraq sivil dünyadan aralı düşmək təhlükəsi ilə üzləşə bilər.

İstər ölkə daxilindəki vəzyyət, istərsə də beynəlxalq aləmin Azərbaycana münasibəti birmənalı deyil.

Eyni zamanda, hakimiyyət Qərbin Azərbaycan haqqındakı tənqidi fikirlərini, təkliflərini nəinki qəbul etmək istəmir, əksinə ona qarşı hücumlara keçir.

Avropa ailəsinin üzvü olmaq istəyən Azərbaycan öz standartlarını beynəlxalq ictimaiyyətə qəbul etdirmək istəyir.

Təbii ki, mərkəzi hakimiyyətin bu cür fəaliyyəti diplomatları da çıxılmaz vəziyyətdə qoyur.

Onlar yaşadıqları və işlədikləri ölkə ilə Azərbaycan arasında müəyyən paralellər aparırlar və real durumu bir diplomat kimi deyil, Azərbaycandan xarici ölkəyə səfər etmiş əcnəbi kimi dəyərləndirilər.

Söz, fikir, mətbuat, sərbəst toplaşmaq azadlığı, iqtisadi azadlıqlar, insanların sosial durumu, səhiyyə, təhsil sahəsindəki inkişaf.... bunlar üzdə olan və müqayisəsi asan olan məsələlərdir.

Bunların arasında paralellər aparmaq üçün bəzən diplomat olmağa da gərək yoxdur.