"Yanan məşəl deyil, xalqın puludur" - sosial media #Baku2015 haqqında danışır

Şəklin mənbəyi, president.az
"Bakının oyunlara ev sahibliyi etməsinə görə sevinirsinizmi? Sizcə bu, Azərbaycanı dünyaya tanıdacaq, yoxsa pullar digər sahələrə sərf olunmalıdır?" - BBC Azərbaycancanın bu suallarını yüzlərlə Facebook istifadəçisi cavablandırıb.
Həmin paylaşmanın altında ən populyar şərhlər, Bakının oyunlara ev sahibliyi etməsinə görə narazılıq bildirənlərə məxsus olub.
Məsələn, ən çox bəyənilən şərh Elmir Tehmin adlı istifadəçidən gəlib: "yanan məşəl deyil, xalqın 8 milyard dollarıdı ©", o yazıb, və bunu 140-a yaxın adam bəyənib.
Seymur Mehdiyevin fikrincə, Avropa Oyunlarının Azərbaycana gəlməsi üçün "tez idi" və "gərək birinci Azərbaycan tam özünü tutardı, daha sonra başlayardı belə işlərə. Yoxsa sırf başqalarına xoş görünmək üçün, insanına zülm edib, onu incitməklə məşhur olmaq olmaz". Bu şərhi indiyədək 70-dən çox adam bəyənib.
<link type="page"><caption> Həmçinin oxuyun: Bakı Oyunlarında bütün ölkələrin xərclərini Azərbaycan ödəyəcək</caption><url href="http://www.bbc.co.uk/azeri/international/2015/02/150224_guardian.shtml" platform="highweb"/></link>
Şərh yazan istifadəçilərin çoxu, oyunlara sərf olunan pulların əvəzinə iş yerlərinin açıla biləcəyindən şikayətlənib, bəziləri hətta "oyunlara görə" işlərini itirdiklərini deyiblər.

Anar Xəlilov: "Birinci suala cavab. Xeyr. Kim sevinər, insanların maaşını kəsirlər və buna görə insanlardan pul yığırlar. İkinci suala cavab. Xeyr. Ancaq xalqına zülm kimi tanıdacaq dünyaya. Hər ölkənin səfirlikləri var Bakıda, onlar xalqın vəziyyətini, nə çəkdiklərini görür və öz dövlətlərinə xəbər verir. İndi dünya açıqdır, harda nə olur, necə yaşayır, hər dövlətin xəbəri var".
Bu şərhlərə cavab yazanlardan biri olan Humay Ağayevanın fikrincə, Azərbaycan "yeni müstəqillik qazanan və az tanınan dövlət kimi bu kimi tədbirlər çox vacibdir. Əvvəl dünya bizim kim olduğumuzu bir bilsin, sonrası rahat olacaq. Tanıyıb bildikdən sonra hüquqlarımzı da tanıyacaqlar,dəstək də olacaqlar".
Kəmalə Babayeva adlı istifadəçi isə deyir ki, bu oyunlar üçün yeni idman obyektləri tikilib, yollar salınıb - "bütün bunları göydən gələnlər etməyib ki? Bunların tikintisi neçə-neçə adamı iş yeri ilə təmin edib, etməkdədir də. Mənfini görəndə, müsbəti də görmək lazımdır", o yazıb.
Kamil Nəbiyev isə hər iki tərəfin haqlı ola biləcəyini deyərək qeyd edib: "Hər halda bunun nə dərəcədə xeyirli olub-olmamasını olimpiadadan sonra biləcəyik".
<italic>Sizin də fikirləriniz bizə maraqlıdır - <link type="page"><caption> Facebook</caption><url href="https://facebook.com/bbcazeri" platform="highweb"/></link>, <link type="page"><caption> Twitter</caption><url href="https://twitter.com/bbcazeri" platform="highweb"/></link>, <link type="page"><caption> Google+</caption><url href="https://plus.google.com/+bbcazeri/" platform="highweb"/></link> və ya <link type="page"><caption> e-mail</caption><url href="mailto:[email protected]" platform="highweb"/></link> ünvanımıza yazın.</italic>




