HRW: "Avropa Oyunlarınadək Azərbaycan fəalları azad edilsin"

İnsan haqları müdafiəsi qrupu Bakıda Avropa Oyunlarının başlamasına kimi Azərbaycan hökumətini həbsdə olan fəalları azad etməyə səsləyib.

Təşkilat Avropa liderlərini vəziyyətə müdaxilə etməyə səsləyir. Çərşənbə günü yayımlanan bəyanatda deyilir ki, Avropa liderləri Bakiya birmənalı şəkildə bildirməlidirlər ki, əsassız həbs olunanlar azad edilməyənədək onlar açılış mərasımınə yüksək səviyyəli nümayəndə heyətlərini göndərməyəcəklər.

“Avropa Oyunlarının başlanmasına cəmi 100 gün qalmış Azərbaycan hökuməti həbs olunmuş fəal və jurnalistləri dərhal azad etməlidir”, - Human Rights Watchun bəyanatında deyilir.

Nyu Yorkda mənzillənən təşkilat bildirir ki, Azərbaycan müntəzəm keçiriləcək Avropa Oyunlarına ilk ev sahibliyindən istifadə edərək özünün “müasir və mütərəqqi” beynəlxalq imicini nümayiş etdirməyə çalışır.

Bu arada isə hökuməti tənqid edənlər, təqiblərə məruz qalır və həbsə atılır, HRW bildirir.

Bakı Azərbaycanda insan haqlarının pozulması ilə bağlı tənqidlərin qərəzli olduğunu bildirir.

Bakıda ilk Avropa Olimpiya Oyunları iyun ayında keçiriləcək.