#BBCAzeriTrending: Charlie Hebdo karikatüraları və Azərbaycan

Şəklin mənbəyi, Elshan Baba
Azərbaycanda sosial media istifadəçilərinin əksəriyyəti Charlie Hebdo jurnalının Məhəmməd Peyğəmbərin karikatürasını çap etməsinə sərt tənqidlə yanaşıb.
Çərşənbə günü çapa çıxan satirik jurnal üz qabığında Məhəmməd Peyğəmbərin ağlayaraq əlində "Mən Charlie-əm" şüarı saxladığı təsvir olunur.
Twitter istifadəçisi @afsarnovruzov yazıb: "Sən dur müsəlman dünyasının ən hörmət etdiyi və sevdiyi şəxsi jurnalda təhqir et karikatura düzəlt adını da demokratiya qoy".
Vusal Verdiyev (@verdiyevvusal) isə ona cavab olaraq belə yazıb: "@afsarnovruzov təkcə müsəlmanlar yox başqalarını da. Amma müsəlmanlar reaksiya verdikləri üçün acığa düzəldiblər (bəlkə də)".
Bəziləri hadisəyə daha çox skeptisizmlə yanaşıblar: "Terror hadisəsi ən çox #CharlieHebdo nun işinə yaradı. Yaxşı reklam oldu onlar üçün", <bold>@khalilzade93</bold> BBC Azərbaycancanın <link type="page"><caption> sorğusuna</caption><url href="https://twitter.com/bbcazeri/status/555302351331131392" platform="highweb"/></link> cavab yazıb.
"11 sentyabr kimi"
@AygulBar isə deyir: "Fransızların bu hərəkəti əsəbləşdirir məni".
@zaurazerbaijan ingiliscə yazıb: "Siz ağılsızlar heç təsəvvür edə bilməzsiniz belə, necə bir ORDU yaradırsınız karikatüralarınızla @Charlie_Hebdo_ #CharlieHebdo"
BBC Azərbaycanca oxucularının çoxu Facebook-da, jurnalın yeni sayı barədə xəbərin altında yazıb.
Abdel Abdel: "[...] Onlar jurnalist deyil, fitnə-fəsad yayan iblislərdir".
Tim Mea: "Müsəlmanlara qarşı çirkin provokasiya və təhqirdir....Ar olsun bunu edənlərə!!"
Orxan Memmedli: "11 sentyabr kimi eyni senari, islamı pis göstərməy istiyirsiz ama bütün bunlara baxmiyaraq islam Amerikada və Avropada sürətlə yayılır, nə eləsəz də bunun qarşısın ala bilməyəcəysiz"
Bu cür fikirləri əksəriyyət bölüşsə də, birmənalı deyil. Behnam Babazadeh xəbərin altında "halal olsun" yazıb, Embo Zəqqum isə deyir: "Bunu etməsəydilər "jurnalist" adı onlara haram olardı".
#ÜlkemdeCharlieHebdoDağıtılamaz
Bu arada Twitterdə Türkiyədə başlayan #ÜlkemdeCharlieHebdoDağıtılamaz həştəqi qlobal trendə çevrilib.
İstifadəçilərin çoxu Charlie Hebdo jurnalının bu gün satışa çıxdığı karikatürasını tənqid edib və ümumiyyətlə fəaliyyətinə görə jurnala irad tutub.
@ozdmirmustafa "Peygamberimizin yerine, Atatürk'ün Alaylı (istehzalı) karikatürlerini yapsalardı ülkeyi ayağa kaldırırdiniz" yazıb.




