RATİ-nin mühasibi ifadə verib

Şəklin mənbəyi, Gunay Ismaylova
Cümə günü Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) mühasibi Tatyana Kryuçkina Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində ifadə verib.
Kryuçkina BBC Azərbaycancaya bildirib ki, ona təşkilatdakı fəaliyyəti və RATİ barədə suallar verilib.
O yenidən ifadə verməyə də çağrıla bilər, 2010-cu ildən RATİ-də mühasib vəzifəsində çalışan Kryuçkina əlavə edib.
Avqustun 8-də RATİ-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin əməkdaşları "vergidən yayınma, qanunsuz sahibkarlıq və vəzifə səlahiyyətlərini aşma" maddələri ilə açılmış cinayət işi üzrə axtarış işləri apardıqdan sonra ofis möhürlənib.
Avqustun 14-də RATİ-nin hüquqşünası Günay İsmayılova Baş Prokurorluqda şahid qismində ifadə verib və onun ölkədən çıxışına məhdudiyyət qoyulub.
Avqustun 6-da isə RATİ rəhbəri Emin Hüseynovun ölkədən çıxışına qadağa qoyulub.
Ofisdəki axtarışın təsadüf etdiyi iki gün sonra isə Emin Hüseynov və onun fotoqraf qardaşı Mehman Hüseynovla əlaqə kəsilib.
RATİ işçiləri BBC Azərbaycancaya onların yeri barədə "məlumatsız olduqlarını" deyib.




