Anar Məmmədli, Bəşir Süleymanlı və Elnur Məmmədliyə 9 ilə qədər həbs istənilir

Şəklin mənbəyi, Aziz Karimov
Dövlət ittihamçısı "qanunsuz sahibkarlıq, seçki saxtakarlığı və vergidən yayınmada" ittiham edilən Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin əməkdaşları Anar Məmmədli, Bəşir Süleymanlı və Elnur Məmmədliyə 8.6- 9 ilə qədər həbs cəzası istəyib.
Vəkil Fariz Namazlı BBC Azərbaycancaya bildirib ki, prokuror Anar Məmmədliyə rəhbər vəzifələrdə 3 il vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 il, Bəşir Süleymanlı və Elnur Məmmədliyə isə 2 il vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 il 6 ay azadlıqdan məhrum etmə cəzası verilməsini təklif edib.
SMDT sədri <link type="page"><caption> Anar Məmmədli</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2013/12/131216_anar_mammadli_arrest.shtml" platform="highweb"/></link> dekabrın 16-da Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinin məlumatına görə, qanunsuz sahibkarlıqda, külli miqdarda vergidən yayınma və seçki saxtakarlığında ittiham olunaraq 3 aylıq həbs edilib. İki gün sonra isə, oxşar maddələrlə "Könüllülərin Beynəlxalq Əməkdaşlığı" ictimai birliyinin (KBƏİB) rəhbəri <itemMeta>azeri/azerbaijan/2013/12/131218_smdt_prosecutor_icv_union</itemMeta>ya qarşı ittiham irəli sürülüb.
Çərşənbə günü məhkəmədə çıxış etdiyini deyən vəkil Namazlı dövlət ittihamçısının təklif etdiyi cəzanı "gözlənilməz" hesab edib.
"Qanunsuz sahibkarlıq maddəsilə ən ağır cəza istənilib, şərti azadlıqdan məhrumetmə də istənə bilərdi", vəkil deyir.
Çünki, vəkilin sözlərinə görə, zərərçəkmiş kimi tanınan 20 nəfərdən 19-u öz şikayətini geri çəkib, digər bir nəfərin şikayəti isə "qərəzlidir", yəni "ortada sübut yoxdur".
Cənab Namazlı deyir ki, SMDT-nin fəalliyyətində "qanunsuzluq və saxtakarlıq" müşahidə edilməyib.
Həmçinin, qrant verən təşkilat- ABŞ-ın Milli Demokratiya İnstitutu məhkəməyə göndərdiyi məktubda layihələrin qaydasında həyata keçirildiyini bildirib.
Anar Məmmədli ona qarşı irəli sürülən ittihamları qəbul etmir. O ittihamların onun peşə fəaliyyəti və prezident seçkilərində yaydığı hesabatla bağlı olduğunu deyir.
Azərbaycanda prezident seçkiləri ötən ilin oktyabrında keçirilib.




