Joe Biden Kiyevdə Ukrayna liderlərilə görüşür

Biden

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, Biden Kiyevdə Ukraynanın yeni liderlərilə görüşür.

ABŞ vitse-prezidenti Joe Biden Kiyevdə Ukrayna prezidenti səlahiyyətllərinin icraçısı Aleksandr Turçinovla və Baş nazir Arseni Yatsenyukla görüşür.

Biden Kiyevə Ukraynanın qərbpərəst hökümətinə Vaşinqtonun dəstəyini nümayiş etdirmək üçün gəlib.

Xəbərlərə görə, ABŞ vitse-prezidenti Ukrayna rəhbərliyilə mayın 25-ə təyin olunmuş prezident seçkilərilə bağlı məsələləri müzakirə etmək niyyətindədir.

Ağ Evin bəyanatına görə, Biden-in Kiyevə səfəri Ukraynanın yeni hakimiyyətini dəstəkləmək məqsədilə həyata keçirilir.

Gözlənildiyinə görə, Biden Ukraynada Kiyevə texniki, o cümlədən iqtisadi və enerji yardımının göstərilməsini elan edəcək.

Səfər ərəfəsində Rusiya XİN rəhbəri Sergey Lavrov və ABŞ Dövlət katibi John Kerry arasında keçirilmiş telefon danışığı zamanı tərəflər Ukrayna böhranı ilə bağlı məsələləri müzakirə edərkən qarşılıqlı ittihamlar irəli sürüblər.

Məlumatlara görə, John Kerry Sergey Lavrovu Rusiyanı Cenevrə razılıqlarının həyata keçirilməsi istiqamətində addımlar atmağa çağırıb.

Sergey Lavrov isə Cenevrə danışıqlarının Kiyevdəki yeni Ukrayna rəsmiləri tərəfindən pozulduğunu bəyan edib.