#BBCAzeriTrending: Hacıbala Abutalıbov sosial mediada müzakirə olunur

Çərşənbə axşamı Bakının "Sovetski" ərazisində narazı vətəndaşlarla görüşündən sonra Bakı meri Hacıbala Abutalıbov "Azərbaycanda bir kişi var, o da bizim prezidentimizdir" deyib. Onun bu sözləri sosial mediada birmənalı olaraq tənqid olunub.
Sitatının videosu yayılandan sonra, Facebook-da hətta "Hacıbala Abutalınov Azərbaycan xalqından üzr istəsin" adlı Event (tədbir) səhifəsi də açılıb.
Fotojurnalist @jahangiryusuf Twitter səhifəsində yazıb: "Hacıbala ölkədə bir dənə kişi var deyir, digər kişilər də inciyir. Nə həssas kişilərimiz var imiş".
@Esmerhacili: "Ay camaat Hacıbala deyir Siz kişi deyilsiz, Azərbaycanda bir dənə kişi var o da "Cənab Əliyevdi" :D baxın təhqir elədi sizi hahaha))))"
"Hərdən elə bilirdim sosyal medya ele #hacibala haqqında biraz abartırlar. Bugünkü söhbətinnən sonra dedim ki elə nə eləyirlər sənə düz eləyirlər", yazıb @HuseynBayramov.
@_CniveS_: "Deyirəm məllim bəs bilirsiz Hacıbala belə deyib ee. Əvvəl güldü, sonra da qayıtdı ki, bəs səs eləməyin ay bala, eşidən bilən olar".
"@azpresident hacibala seynendi, gor ne diir", @Poladli yazıb.
Facebookda bu videonu paylaşan HamamTimes səhifəsində də video geniş müzakirə olunub.
BBC Azərbaycanca Hacıbala Abutalıbovun Sovetski sakinlərilə görüşü barədə yazını öz <link type="page"><caption> Facebook</caption><url href="https://www.facebook.com/BBCAzeri/posts/10152033916148043" platform="highweb"/></link> səhifəsində paylaşandan sonra aldığı şərhlərin bir çoxunu təhqir xarakterli olduqlarından pozmalı olub.




