ATƏT PA Azərbaycana seçki müşahidə missiyası göndərməyəcək

ATƏT Parlament Assambleyası Azərbaycanda keçiriləcək seçkilərə müşahidə missiyası göndərməyəcək, PA-nın Prezidenti Ranko Krivokapic bu qərara gəlib.
ATƏT PA-nın məlumatına görə bu, seçkilərin Assambleyanın payız sessiyası ilə üst-üstə düşdüyünə görədir.
Cənab Krivokapic qeyd edib ki, PA yalnız parlament seçkilərinin monitorinqi ilə məşğuldur və prezident seçkilərini "yalnız müstəsna hallarda" müşahidə edir.
Avropanın əsas seçki müşahidə qurumu, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Ofisi (ODIHR) isə hələ də Azərbaycan prezident seçkilərinə monitorinq missiyası göndərməyə planlaşdırır.
Hazırda ODIHR Azərbaycandan rəsmi dəvət almayıb, amma Azadıq Radiosunun məlumatına əsasən ODIHR "onu da vurğulayır ki, onlara dəvətnamənin göndərilməyəcəyinə dair heç bir bildiriş də gəlməyib".
Qurum rəsmi dəvəti gözləyərək seçki müşahidə missiyası üçün işəgötürmə prosesini başlayıb.
ODIHR 17-21 iyun arasında Azərbaycana dəyərləndirmə missiyasını göndərib.
Missiyanın hesabatına əsasən, ODIHR seçkilər ərəfəsində 30 uzunmüddətli müşahidəçi və 280 qısamüddətli müşahidəçi göndərmək istəyir.
Uzunmüddətli müşahidəçilər bütün ölkədə seçki prosesini monitorinq edir, qısamüddətli müşahidəçilər isə yalnız seçki günü gedən prosesləri izləyir.
Milli Seçki Komitəsinin qərarına görə, Azərbaycanda prezident seçkiləri 9 oktyabrda keçiriləcək.




