Ruben Vardanyan Qarabağ ermənilərinin "elçisi" olmaq istəyir

R.Vardanyan

Şəklin mənbəyi, R.Vardanyan/Facebook

Separatçı "Dağlıq Qarabağ Respublikasının dövlət naziri" Ruben Vardanyan Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağ erməniləri ilə danışmağa hazır olması ilə bağlı bəyanatını alqışlayıb.

"Artsax (yerli ermənilər keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətini belə adlandırırlar- red.) bu prosesdə subyekt kimi çıxış etməlidir", - Ruben Vardanyan öz Telegram kanalında yazıb.

Prezident İlham Əliyev cümə axşamı günü Bakıda Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Schuebel-lə görüşündə deyib ki, Azərbaycan Qarabağda yaşayan ermənilərlə danışmağa hazırdır, amma "Moskvadan aydın gündəliklə göndərilmiş Vardanyanla yox".

Ruben Vardanyan öz bəyanatında İlham Əliyevin onun ünvanına səsləndirdiyi bu ittihamla bağlı deyib ki, o, "aydın gündəliyə" malik olmasına dair izahat istərdi:

"Mən həmçinin cənab Əliyevə daha konstruktiv mövqeyə keçməyə və onun təbirincə, mənim "aydın gündəliyə" malik olmağıma dair izahat verməsini təklif etmək istərdim. Mən Artsaxda Artsax xalqının maraqlarından başqa daha kimlərinsə maraqlarını güdməkdə ittiham olunmamaq üçün Rusiya vətəndaşlığından imtina etdiyimi dəfələrlə vurğulamışam. Güman edirəm ki, cənab Əliyevin "Qarabağda yaşayır və orada yaşamaq istəyir" meyarına əsasən, elçi roluna yarayıram".

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Dağlıq Qarabağ Qarabağ müharibəsi Qarabağ münaqişəsi BBC Orla Guerin BBC News Azərbaycanca Şuşa

"Azərbaycanda erməni azlığına aid məsələlər sülh sazişinə salınmayacaq"

Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Schuebel-lə görüşündə deyib ki, Azərbaycanda erməni azlığına aid məsələlər sülh sazişinə salınmayacaq.

Prezident.az saytının xəbərinə görə, İlham Əliyev bildirib ki, əgər Ermənistanda Qarabağda ermənilərin hüquqları və təhlükəsizliyi barədə söhbət aparmaq istəyirlərsə, bu alınmayacaq:

"Biz bu haqda Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib. Biz Qarabağda yaşayan və orada yaşamaq istəyən insanlarla söhbətə hazırıq. Yeri gəlmişkən, bu proses başlayıb", - deyə İlham Əliyev bildirib.

Ötən ay hər iki ölkə lideri Praqa və Soçidə görüşlər keçiriblər. Soçi görüşündən bir gün əvvəl Qarabağda yaşayan etnik erməni əhalisi mitinq keçirərək Rusiya sülhməramlıların mandatının uzadılmasını tələb ediblər.

Rəsmi Bakı tez-tez vurğulayır ki, İkinci Qarabağ müharibəsindən sonra bölgəyə gələn rus sülhməramlılarının missiyası müvəqqətidir.

İlham Əliyev

Şəklin mənbəyi, Azertag

Bakıya Ermənistandan gəldiyini deyən Dirk Schuebel rəsmi Yerevanın "sülhün əldə olunmasında maraqlı" olduğunu söyləyib.

İlham Əliyev Ermənistanın Azərbaycanla sülh istəməsi haqda açıqlamalarını səmimi hesab etmədiyini deyib.

"Mən dəfələrlə ictimaiyyət qarşısında, o cümlədən Avropa Komissiyasının rəhbərliyi və normallaşma prosesində iştirak etmiş, hazırda iştirak edən ölkələrin, yəni, Birləşmiş Ştatların və Rusiyanın liderləri ilə kontaktlarım zamanı qeyd etmişəm ki, bizim iki yolumuz olmalıdır: Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması prosesi və həmçinin hüquqlar və təhlükəsizlik baxımından Azərbaycanda, Qarabağda erməni azlığına aid məsələlər".

Prezident az saytı yazıb ki, İlham Əliyev çərşənbə günü ABŞ dövlət katibi Blinken ilə telefon danışığında da bu məsələni müzakirə etdiyini vurğulayıb:

"Ermənistandan gələn bəyanatlar çox ziddiyyətlidir. Onlar bizim ərazimizi və suverenliyimizi tanıdıqlarını söyləyirlər. …Eyni zamanda, onlar Azərbaycanda erməni azlığına aid məsələləri sülh sazişinə salmaq istəyirlər. Bu, olmayacaq. Bu, mümkün deyil. Biz buna razılıq verməyəcəyik. Buna görə bizə Ermənistan hökumətinin öz gündəliyi ilə bağlı tam aydın mövqeyi lazımdır".

bu gün Azərbaycan Türkiyə İsrail Fələstin Hulusi Akar İlham Əliyev müdafiə sektoru Netanyahu Paşinyan Pashinyan Nikol Paşinyan Qarabağ

Paşinyandan Azərbaycanla "sülh haqqında çərçivə sazişi" imzalamaq təklifi

Ermənistan Baş naziri Nikol Paşinyan sonuncu hökumət iclasında Azərbaycanla sülh haqqında çərçivə sazişi imzalamağı təklif edib. O deyib ki, rəsmi Yerevanın Ermənistan-Azərbaycan münasibətlərinin Dağlıq Qarabağ məsələsindən ayırmağa razılaşması Ermənistanın Dağlıq Qarabağ ermənilərinin təhlükəsüzliyi və hüquqlarından imtina etməsi demək deyil.

"Və biz bu məsələni həll ediriksə, deməli, əlbəttə, Ermənistan Azərbaycanla qarşılıqlı surətdə bir-birinin ərazi bütövlüyü və suverenliyinin tanınması əsasında Azərbaycanla sülh haqqında çərçivə sazişi imzalamağa hazırdır", - o deyib.

"Sülh haqqında çərçivə sazişi - üzərində iki ölkə arasında münasibətlərin qurulmasını nəzərdə tutan prinsiplər toplusudur", - Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan "çərçivə sazişini" jurnalistlərə belə izah edib.

O deyib ki, bu ölkələrin ərazi bütövlüklərinin tanınması da bu prinsiplərə daxildir.

"İki qonşu ölkə arasında münasibətlərin qurulacağını nəzərdə tutan əsas prinsiplər ətrafında danışıqlar aparılır, hansı ki, bu iki ölkənin ərazi bürtövlüklərinin, əlbəttə, Alma-Ata protokolu və bəyannaməsi əsasında öz müstəqilliyi və ərazi bütövlüklərini tanıdıqları formatda, tanınmasını ehtiva edir", - Hovhannisyan deyib.

Paşinyan hökumət iclasındakı çıxışında, həmçinin Dağlıq Qarabağ statusu məsələsinin təhlükəsizlik və hüquq məsələsinə çevrilməsini də izah edib.

"Buna - Dağlıq Qarabağın statusu deyil, Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqlarının təmin edilməsinə - bizim Rusiya tərəfinin mövqeyinin qəbul etməyimiz də səbəb olub", - baş nazir deyib.

Azərbaycan və Ermənistan arasında bu ilin sonunda sülh sazişinin imzalanması gözlənir.

Ötən ay Azərbaycan Xarici İşlər Nazirliyi açıqlayıb ki, qurum Ermənistan tərəfinə sülh sazişi üzrə beş baza prinsipinin daha genişləndirilmiş elementlərini təqdim edib. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun açıqlamasına görə, Ermənistan yeni elementləri öyrənib, geri dönüş etmək üçün vaxt istəyib.