"Gəlirinin 30-40 faizini işıq-qaz pulu ödəməyə sərf edən ailə necə yaşasın?" - sosial mediada təbii qazın qiymətinə etiraz

Şəklin mənbəyi, Getty Images
Azərbaycanda əhali üçün təbii qaz qiymətlərinin artırılması barədə elan sosial mediada qızğın müzakirələrə səbəb olub.
Bu gündən, iyulun 1-dən qüvvəyə minən qərar əsasən Facebook və Twitter-də #etirazedirəm həşteqi ilə yayılır.
Sosial mediada təbii qazın qiyməti barədə müşahidə edilən fikirlərin əksəriyyətində Tarif Şurasının yeni qərarı tənqid olunub.
"Qiymət 100 faiz artıb"
Serdar Amin adlı istifadəçi Facebook-dakı postunda qazın qiymətini "100 faiz qaldırıldığını" deyib.
"Tarif Şurasının malalama üslubundakı press-relizinə aldanmayın. Loru dildə yazıram: Qazın limiti 100 faiz aşağı salınıb, qiyməti 100 faiz qaldırılıb".
Bu da o deməkdir ki, keçən qış ödədiyiniz qaz pulunun ən azı ikiqatını ödəyəcəksiz, istifadəçi yazır.
Facebook-dakı postlarda qərarın arxasında duran motivlər sual edilir. Misal üçün, belə bir fikrə rast gəlmək olar ki, qiymət artımın məqsədi səmərəli işləyə bilməyən şirkətləri qorumaqdır.
"Zərərlə işləyən şirkətləri bankrot elan edib bağlayırlar, elə deyil? Bağlayın Sokarı, AZAL-ı, Azərişığı, Azərsuyu, Metropolitenı... Biz də başımıza çarə qılaq, mağaradan-zaddan tapaq, metro tunellərində mamont, dinozavr ovlayaq, xaraba qalmış ofislərin parketini söküb yandıraq...", Zafar Ahmadov adlı istifadəçi öz postunda yazır.
"...deyəcəklər ki, bunların hamısı xalqın xeyirinədir"
Bu mövzunu vəkil Elçin Sadıqov davam etdirir. Onun dediyinə görə, bundan əvvəl yanacağın qiymətinin artırılmasını onun keyfiyyətinin artırılması ilə izah etməyə çalışıblar.
"Ardınca ölkədə kəskin qiymət artımı baş verdi. İndi təbii qazın qiymətini artırdılar, növbəti dəfə metro və avtobus gedişlərini artıracaqlar. Sonra da deyəcəklər ki, bunların hamısı xalqın xeyirinədir", -o yazır. - "Bizim xeyirimizə bir iş görməyin, istəmirik".

Şəklin mənbəyi, Azertac
Keçmiş deputatlığa namizəd və ictimai fəal Bəxtiyar Hacıyev isə etirazını bu sözlərlə bildirib: "Görməmişlər heç vaxt doymur. Xalqı zəli kimi soranlara #EtirazEdirəm!"
"Aylıq gəlirinin 30 - 40 faizini işıq, qaz pulu ödəməyə sərf edən ailə necə yaşasın? #etirazedirəm." - Ramil Carciyev paylaşıb.
"#EtirazEdirəm sözünü eşidən və ya görən bir dövlətimiz yoxdu bizim", @LiliisGarden adlı Twitter istifadəçiyə əsasən, ölkə "sadə xalqın hesabına dolanır.
"Neft qaz onsuz da varlı məmur təbəqəsinin cibi üçündür", o əlavə edib.
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu X, 1
"Onlar hər şeyin qiymətini biz öz qiymətimizi anlayanadək qaldıracaqlar"
"Təklif edirəm YAŞAT fondu təkcə qazi və şəhid ailələrinə yox, eyni zamanda sadə xalqı YAŞATmaq üçün yardım versin, çünki bu boyda qiymət artımı ilə aclıq baş alıb gedəcək". Belə bir tviti @HalduNovruzzade paylaşıb.
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu X, 2
@Aynurkenan12 adlı istifadəçi Twitter-də yazıb ki, "İstər kommunal xidmətlərin, istərsə də məhsulların (ərzaq, dərman və s.) qiymət artımına #etirazedirəm."
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu X, 3
"Deyir, onlar hər şeyin qiymətini biz öz qiymətimizi anlayanadək qaldıracaqlar", - #etirazedirəm həştəqi ilə yayılan tvitində @yasharhuseyn adlı istifadəçi isə yazır.
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu X, 4






